Xəyanətə susur, çünki... - Melaniya Tramp boşanır?

Xəyanətə susur, çünki... - Melaniya Tramp boşanır?

Xəbər verdiyimiz kimi, ABŞ-ın 45-ci prezidenti Donald Trampa Trampa ümumilikdə 34 maddə üzrə ittiham irəli sürülüb. 
 

 

Porno aktrisa Stormi Danielsə “sus payı” olaraq pul ödəməsi ilə yanaşı, “Playboy” modeli Karen Makduqal ilə münasibət yaşadığı da ittihamlar arasındadır. İddiaya görə, Karen Makduqal susmaq üçün Trampdan 150 min dollar alıb. 

 

Nyu Yorkdakı məhkəmədə oxunan ittihamların heç birini qəbul etməyən Tramp məhkəmədən sonra Floridada kameralar qarşısına keçərək, mühakimə olunduğu iddiaların saxta olduğunu və bütün bunları “2024-cü il prezident seçkilərinə müdaxilə” kimi qiymətləndirdiyini söyləyib.

 

Onun qızı, oğlu və Respublikaçılar Partiyasının bir çox digər üzvləri Trampın mətbuat konfransında iştirak edərkən, həyat yoldaşı Melaniya Trampın kritik tədbirdə iştirak etməməsi diqqət çəkib. Hazırda bütün gözlər keçmiş birinci xanıma çevrilib. 52 yaşlı Melaniya Tramp indiyə kimi ərinin xəyanəti ilə bağlı iddialara səssiz qalıb.

 

Qalmaqallı açıqlamalar fonunda susmağa davam edən Melaniyadan fərqli olaraq cütlüyün yaxın dostları mətbuata diqqətçəkən açıqlamalar verib.

 

Adının açıqlanmasını istəməyən mənbə “People” jurnalına bildirib ki, 2005-ci ildən evli olan cütlüyün yolları çətinliklə kəsişir. Mənbə onların ayrı həyatlar sürdüyünü deyib.

 

“Melaniyanın digər qadınlardan heç bir fərqi yoxdur. Ərinin onu bir deyil, iki dəfə aldatmaqda ittiham edilməsi son dərəcə narahatedicidir. İnsanların Trampın cinayət məhkəməsindən sonra boşanma məhkəməsinə gedəcəyini düşünməsi təəccüblü deyil”. Ancaq mənbə qeyd edib ki, Melaniya Tramp bunları düşünmək əvəzinə ailəsinə diqqət yetirir. Melaniyanın hələ də çox əsəbi olduğunu və ərinə qarşı açılan davadan danışmaq istəmədiyini iddia edən mənbə, "O, ərinin kim olduğunu bilir. Ona görə də ailəsi və bir neçə yaxın dostu ilə nikbin olmağa çalışır", - deyə vurğulayıb. 

 

“Dailymail” qəzeti isə haqqında çoxlu iddialar irəli sürülən cütlüyün ötən həftə “Palm Beach” kurortunda birlikdə görüntüləndiyinə diqqət çəkərək, Melaniya Trampın həmişəki kimi ərinin arxasında dayandığını iddia edib.

 

Donald Trampın hakimiyyəti dövründə birinci xanımın aparat rəhbəri olmuş Stefani Qrişem “Dailymail”ə bildirib ki, Melaniya həyat yoldaşının hüquqi problemlərinin “onun öz problemi” olaraq görür: "Düşünürəm ki, Melaniya evləndiyi zaman ərinin kim olduğunu bilirdi. O, Trampa qarşı çox realist və praktik baxışa malikdir. Heç vaxt boşanmadan bəhs etməsə də, nə olursa olsun, ərinin yanında olacaq bir qadın kimi də görünmək istəmir. Özünü birinci yerə qoyur”.

 

Melaniyanın keçmiş müşaviri və yaxın dostu Stefani Uinston Volkoff isə “Page Six”ə bildirib ki, keçmiş birinci xanım qəsdən susur, hətta bundan silah kimi istifadə edir. "Melaniya “inkar qülləsi”ndə yaşayır" deyən Wolkoff, Melaniyanın baş verənlərə görə xəcalət çəkdiyini, lakin yenə də ərinin yanında olacağını iddia edib.

 

Qeyd edək ki, Trampın 2016-cı il seçki kampaniyasının ilk günlərindən boşanma şayiələri 52 yaşlı Melaniyanı təqib edir. ABŞ-ın ən zəngin daşınmaz əmlak agentlərindən biri olduğu günlərdə Donald Trampla evlənən Melaniyanın xüsusilə birinci xanım ikən əri ilə yayılan görüntüləri - küsmüş siması və soyuq davranışı onun “özündən 24 yaş böyük kişi ilə bədbəxt evliliyin əsiri" kimi görünməsinə səbəb olub. Hətta sosial mediada “#FreeMelania” çağırışları edilib, insanlar onun yaşadıqlarını "böyük əsarət" və "məişət zorakılığı" kimi qiymətləndiriblər. 

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...