Etiraz üçün əllərini asfalta yapışdırdılar - FOTO

Etiraz üçün əllərini asfalta yapışdırdılar - FOTO

Almaniyanın Hamburq şəhərində iqlim fəalları qeyri-adi etiraz aksiyası keçiriblər.


Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, fəallar əllərini asfalta yapışdıraraq nəqliyyatın hərəkətinə mane olublar. 


Almaniyanın Hamburq şəhərində 3 həftədir nümayiş keçirən İqlim Aktivistləri bu dəfə Elbe tunelinin girişi və Elbe körpüsünün çıxışı olmaqla iki fərqli nöqtədə etiraz səslərini yüksəldiblər. 

 


Maşınlardan düşərək yola əyləşən etirazçılar əllərində pankartlar tutaraq şüarlar səsləndiriblər. Daha sonra onlar əllərini asfalta yapışdırıblar. Aksiya səbəbilə tunel və körpü nəqliyyata bağlanıb, şəhər mərkəzinə qədər 30 kilometrlik tıxac yaranıb.

 

Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və təcili yardım maşınları gəlib.

 

Təhlükəsizlik qüvvələri özləri ilə gətirdikləri zeytun yağı, əl üçün təhlükəsiz mayelər və digər vasitələrlə aktivistlərin əllərindəki yapışqanı təmizləməyə çalışıblar. Uzun müddət mübarizə apardıqdan sonra iqlim fəallarını asfaltdan “sökmək” mümkün olub. 


Polis etirazçıları saxlayıb.

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ

Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun cərrahiyyə əməliyyatı zamanı canlı yayım açması ilə bağlı araşdırma başlanılacaq. &nb...

Azərbaycanda lift istehsal ediləcək

Azərbaycan-Çin birgə kapitallı Fujiai Azerbaijan MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam...

“Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış – FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome”da yerləşən “Keşlə” bazarında yoxlama keç...

“Boşanma ərizəsi yazmağa 1 şirvan pulum yox idi”

Müğənni Mənzurə Musayeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, qurduğu ailə həyatında yaşadıqlarını dilə gətirən sənətçi maraq...

Mingəçevir icra hakimiyyətində faciə

Mingəçevirdə təmir işi görən gənc dünyasını dəyişib.   Sfera.az Unikal-a istinadla xəbər verir ki, hadisə 20 Yanvar küçəsində, Mingəçevir Şəhər İcra ...

Moskvada 500-dən çox miqrant saxlanıldı - VİDEO

Rusiyada qanunsuz miqrantların müəyyən edilməsi üçün Moskvanın yataqxanalarında və ibadət evlərində reydlər keçirilib.   Sfera.az xəbər verir ki, Mos...