Putinin dostu Silvio Berluskoniyə leykoz diaqnozu qoyuldu

Putinin dostu Silvio Berluskoniyə leykoz diaqnozu qoyuldu

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni leykoz xəstəliyindən reanimasiyadadır.
 

Sfera.az bildirir ki, 86 yaşlı italyan siyasətçi ötən gün Milanda San Raffaele xəstəxanasına aparılıb. Əvvəlcə həkimlər pnevmoniyadan şübhələnib, bununla belə, jurnalistlərin sözlərinə görə, Berluskoninin bu yaxınlarda xəstəxanaya yerləşdirilməsi zamanı sətəlcəmin leykemiya ilə təhrik edilən bədənin ümumi zəifliyi ilə əlaqəli ola biləcəyini göstərən testlər aparılıb.
 

Berluskoni reanimasiya şöbəsinə yerləşdirilib.
 

Jurnalistlər mənbənin adını açıqlamırlar. Hakim koalisiyaya daxil olan “İrəli İtaliya” partiyasının nümayəndələri də rəsmi açıqlama verməyiblər. İtaliya hökumətinin keçmiş başçısının səhhətinin vəziyyəti barədə nə həkimlərdən, nə də yaxınlarından məlumat da alınmayıb.
 

Silvio Berluskoni bir həftə ərzində ikinci dəfə xəstəxanaya düşüb. Son zamanlar yerli mətbuatın yazdığına görə, onun ürəyində və ağciyərlərində ciddi problemlər yaranıb.
 

Daha əvvəl məlumat verilmişdi ki, Berluskoni və həyat yoldaşı nüvə müharibəsi baş verəcəyi təqdirdə təchiz olunmuş bomba sığınacağı olan ev axtarır.
 

Bunkerli evlər almaq ideyası siyasətçinin həyat yoldaşı Marta Faşina tərəfindən irəli sürülüb. Hətta nüvə apokalipsisi zamanı xilas olacaq insanların siyahısı da tərtib edilib.
 

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Berluskoninin tənqidinə “evinin raketlə vurulmaması” sözləri ilə sərt cavab vermişdi.
 

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevə hərbi yardımı dayandırmağa və Ukrayna hakimiyyətini təcavüzkarla danışıqlar masası arxasına oturtmağa çağıran İtaliyanın keçmiş baş naziri və İrəli partiyasının lideri Silvio Berluskoninin tənqidinə cavab verib.


Zelenskinin sözlərinə görə, İtaliyanın keçmiş baş naziri özü müharibə bölgəsinə gələnə qədər ölkədə baş verənləri başa düşməyəcək.


Zelenski İtaliyaya sülh arzuladığını və italyanların heç vaxt ukraynalıların başına gələn sınaqlarla üzləşməyəciyinə ümid etdiyini vurğulayıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...