Onlara qarşı vahid ideoloji xətt mövcuddur - Qurbanlı

Onlara qarşı vahid ideoloji xətt mövcuddur - Qurbanlı

Azərbaycanın zərərli dini cərəyanlara, dindən istifadə edərək bölücülük, təfriqə, dini radikalizm, düşmənçilik yaymaq istəyən qüvvələrə qarşı vahid ideoloji xətti və siyasi kursu mövcuddur.

 

Sfera.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

 

M.Qurbanlı Azərbaycanın multikultural və tolarant dəyərlərin hakim olduğu, müxtəlif xalqların, dini konfessiyaların bərabərhüquqlu və qarşılıqlı hörmət şəraitində, birgəyaşayış ənənələrinə uyğun yaşadığı nümunəvi dövlətlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan vəhdət namazlarının keçirilməsinin əhəmiyyətini təşviq edən müsəlman ölkəsidir.

 

"Azərbaycançılıq ideologiyası və dövlətin milli-mənəvi dəyərlərə söykənən siyasət yürütməsi bu gün hansısa zərərli dini və siyasi düşüncənin cəmiyyətdə kök salmasına imkan vermir. Ölkəmizdə milli ruhlu, vətənpərvər, dövlətçiliyə bağlı dini kadrlar hazırlanır. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması çox böyük tarixi hadisədir. Gələcəkdə İnstitutun yetişdirdiyi ali təhsilli din xadimləri ölkəmizdə din adı altında hansısa xarici dövlətin dövlət-din münasibətləri modelinin formalaşması istiqamətində atacağı addımların qarşısını ala biləcək gücə çevriləcəklər", - Komitə sədri vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...