“Main” yaşayış kompleksinin sakinləri necə aldadılır? - ŞİKAYƏT

“Main” yaşayış kompleksinin sakinləri necə aldadılır? - ŞİKAYƏT

“Main” yaşayış kompleksinin sakinləri kompleksdə mövcud olan ağır vəziyyətdən, üzləşdikləri haqsızlıqlardan şikayətçidirlər.

 

Sfera.az xəbər verir ki, redaksiyamıza müraciət edən sakinlər bir neçə il əvvəl mənzil sahibi olmalarına baxmayaraq hələ də çıxarış ala bilmədiklərindən, sakinlərin istirahəti üçün nəzərdə tutulan boş ərazilərin zəbt olunmasından, yaşıllığın olmamasından, avtomobillərin müvəqqəti saxlanılma yerlərinin məhdud olmasından, yanğın-təhlükəsizlik qaydalarına əməl edilməməsindən gileylənirlər.

 

“Main” yaşayış kompleksi Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 8 ünvanında yerləşir. Bu ünvan Bakı Avtovağzalı Kompleksininin yaxınlığındadır.

 

Ərazidə ümumilikdə 12 ədəd 23 mərtəbəli bina inşa olunub. Əldə etdiyimiz məlumatlatlara əsasən, binanın tikintisinə 2008-ci ildə başlanılıb və layihənin sifarişçisi “MAİN Construction” LTD şirkətidir. Bu şirkət keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova və onun əmisi, keçmiş millət vəkili Elton Məmmədova məxsusdur.

 

Sakinlərin verdiyi məlumata əsasən “Main” yaşayış kompleksinin tikintisinə 2008-ci ildə başlanılıb. Tikinti işlərinə yeni başlanıldıqda 0,46 hektar (4600 kvadrat metr) olan kiçik ərazidə 2 binanın inşaa ediləcəyi bildirilirdi. Lakin zamanla ərazidə inşaa edilən binaların sayı 4-ə, daha sonra isə 12-yə çatdırılıb.

 

Bu ərazidə əvvəllər kimsəsiz uşaqlar üçün ikimərtəbəli pansionat yerləşib. Sonralar pansionatın binası sökülüb və ərazidə çoxmənzilli binalar inşaa olunub.

 

İlk tikilən binalardan mənzil alan şəxslər yeni binaların tikintisinə etraz etsə də, Məmmədovlara məxsus şirkət tikintiləri davam etdirib. Ərazi kiçik olduğundan binalar bir-birinə çox yaxın inşa olunub.

 

Kompleksin lahiyə planında ərazidə park, stadion, uşaq meydançasının inşa edilməsi nəzərdə tutulmuşdu. Lakin yeni tikilən binalarda olan mənzillərin satışından sonra kompleksin lahiyə planında dəyişiklik edilərək park, stadion və uşaq meydançası üçün nəzərdə tutulan ərazilərdə də yeni binalar inşa olunub.

 

Sakinlər onlara verilən vədlərin həyata keçirilməməsindən narazılıqlarını ifadə edirlər. “İllərdir sakinlərə deyirlər ki, çıxarış veriləcək, amma vermirlər. Çıxarışın olmaması səbəbindən mənzil sahibləri qeydiyyat problemi ilə üzləşiblər. Bu vəziyyətdə sakinlər məcbur qalıb yaxınlarının, qohumlarının evlərində qeydiyyata düşürlər”, - deyən sakinlər kiçik ərazidə çoxlu sayda binanın tikilməsi səbəbindən kompleksin həyətində fəlakətli vəziyyətin yarandığını qeyd etdilər:

 

“Parkinq yerləri zəbt olunub, boş ərazi demək olar ki, qalmayıb. Xüsusən gecə vaxtı binaların önünə avtomobillərin keçməsi üçün yollar olmur. Buna görə də binaların birində yanğın olsa, yanğınsöndürənlərin əraziyə girməsi mümkün olmayacaq. Yeni binaların tikilməsindən sonra mərkəzi yoldan komplesə girən yol da xeyli ensizləşib, əraziyə giriş çətiniləşib”.

 

Sakinlər yaranan çətinliklərin aradan qaldırılmasını və onlara sahib olduqları mənzillərə görə çıxarışların verilməsini tələb edirlər.

 

İlkin


OXŞAR XƏBƏRLƏR

İyulun bəxtəvər bürcləri- pula pul deməyəcəklər

Yeni ay bürclərə yeni fürsətlər və bolluq vəd edir. Astroloqların proqnozlarına görə, iyul ayında bəzi bürclər üçün xüsusilə maddi baxımdan uğurlu dönəm olacaq....

Meteohəssas insanlar üçün PROQNOZ

Sabahın tibbi-meteoroloji proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 30-da Abşeron yarımadasın...

Deputat: "Səfərovların ölümü ardıcıl təzyiqlərin davamıdır"

Son günlər Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən hadisələr ölkəmizdə ciddi narahatlıqla qarşılanır.   Xatırladaq ki, Feder...

Yekaterinburq məhkəməsi Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbiri seçib -FOTOLAR

Yekaterinburqun Leninski məhkəməsi Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbiri seçib.   Sfera.az xəbər verir ki, APA-nın Rusiya bürosu...

Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun başçılığı ilə parlament nümayəndə heyəti Rusiyanın Moskva şəhərində keçirilməsi nəzərdə tutulan Azərbaycan R...

Küləkli hava ilə bağlı xəbərdarlıq edildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, iyu...