“Türkiyədə dollar 24 lirəyə qədər yüksələcək” - HSBC

“Türkiyədə dollar 24 lirəyə qədər yüksələcək” - HSBC

Son günlər türk lirəsinin ABŞ dolları qarşısında yenidən ucuzlaşması müşahidə olunur. Ucuzlaşmanın əsas səbəbi Türkiyənin cari əməliyyat balansında kəsirin böyüməsidir. 


Sfera.az xəbər verir ki, Türkiyənin iqtisadi göstəricilərinin pisləşməsi səbəbindən dünyanın ən böyük banklarından olan HSBC lirənin məzənnəsi ilə bağlı bədbin proqnoz açıqlayıb. 


HSBC hesab edir ki, dollar/lirə məzənnəsinin ilin sonuna qədər korreksiyası böyük olacaq. Adıçəkilən bank ilin sonuna dollar/lirə proqnozunu 21-dən 24-ə qaldırıb. 
Bank 2023-cü ilin ikinci rübü üçün proqnozunu 19,5-dən 20-yə, üçüncü rübün sonu üçün isə 20-dən 23-ə yüksəldib. 


Mayın 14-də keçiriləcək seçkilərin iqtisadi və pul siyasətlərində dəyişiklik gətirə biləcəyini ifadə edən HSBC, pul siyasətlərinin orta və uzunmüddətli perspektivdə türk lirəsinin perspektivi üçün mərkəz nöqtəsi olacağını vurğulayıb. Bununla belə, HSBC seçkinin nəticələrindən asılı olmayaraq, ilin ikinci yarısında məzənnənin ciddi korreksiya edəcəyinə inanmaqda davam etdiklərini də bildirib.


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...

Növbəti Kennedi qalmqalı: Məşhur jurnalist evli siyasətçi ilə münasibətinə görə işindən uzaqlaşdırılıb

“New York Magazine” jurnalının siyasi müxbiri, 31 yaşlı Oliviya Nuzzi 70 yaşlı siyasətçi kiçik Robert Kennedi ilə münasibəti məlum olduqdan sonra iş...