Dövlət qurumlarında boş olan rəhbər vəzifələr müsahibəyə çıxarıldı

Dövlət qurumlarında boş olan rəhbər vəzifələr müsahibəyə çıxarıldı

Bu gündən dövlət qurumlarında boş olan rəhbər vəzifələr müsahibəyə çıxarılıb.

 

Dövlət İmtahan Mərkəzindən Sfera.az-a verilən məlumata görə, Hesablama Palatası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Qida Təhlükəsizliyi Agentliyində inzibati vəzifələrin 1-4-cü təsnifatına uyğun olan dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) aid 7 inzibati vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.

 

Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 1-ci təsnifatına uyğun olan Hesablama Palatası Aparatının rəhbəri vəzifəsidir.

 

Ümumilikdə isə Hesablama Palatasında 2, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 2 və Qida Təhlükəsizliyi Agentliyində 1 vakant inzibati vəzifə daxili müsahibə elanına çıxarılmışdır.

 

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

 

Daxili müsahibədə vəzifələrin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.

 

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 6 apreldən 20 aprel saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.


OXŞAR XƏBƏRLƏR

Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?

Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində dönərdən kütləvi zəhərlənmə hadisəsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. &n...

Sudanda qızıl mədəni çökdü: 50-dən çox insan öldü

Sudanda Atbara və Haya şəhərləri arasında yerləşən Huveyd bölgəsindəki qızıl mədəninin çökməsi nəticəsində 50-dən çox insan həyatını itirib.   Sfera....

Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO

Azərbaycanda nazirə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiy...

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...

Aparıcının qızı xəstəxanalıq oldu - FOTO

Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanalıq olub.    Sfera.az xəbər verir ki, gözündən zədə alan Rəna əməliyyat olunub. Lətafət hazırda...

Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?

Bir neçə gün öncə "Baksol" yolu ərazisində yolun çökməsi səbəbilə baş verən bədbəxt hadisə ilə bağlı aidiyyəti qurumlar açıqlama veriblər.   ...