Məktəbli oğlanın özünü öldürməsinin şok səbəbi - Direktor AÇIQLADI

Məktəbli oğlanın özünü öldürməsinin şok səbəbi - Direktor AÇIQLADI

Ötən gün Salyan rayonunun Qızılağac kəndində intihar hadisəsi baş verib. Kənd sakini, 8-ci sinif şagiridi Cavadzadə Mirələm Niyaməddin oğlu özünü yaşadığı evdə asaraq intihar edib.

 

Sfera.az bildirir ki, hadisə barədə Modern.az-a danışan Qızılağac kənd orta məktəbinin direktoru Əliqulu Babayev bildirib ki, Mirələm ötən gün məktəbdə olub. 

 

"O, nizamlı şagirdlərimizdən biri idi. Dərslərini çox yaxşı oxumasa da, davamiyyəti yüksək idi. Həmçinin məktəb daxilində keçirdiyimiz Yeni il, 20 Yanvara həsr olunan tədbirlərdə aktivliyi ilə seçilirdi. Sinif yoldaşları ilə yola gedirdi. Düzdür, arada digər şagirdlər kimi onun da sözləri məktəb yoldaşları ilə çəp gəlirdi, amma sonradan barışırdılar. Çılğın şagirdimiz olsa da, tərbiyəli idi".

 

Direktor qeyd edib ki, intihar hadisəsi baş verən gün Mirələmlə atası arasında problem yaranıb:

 

"Eşitdiyimizə görə, Mirələm futbol oynayan zamanı atasının qardaşını kəndin kənarında yerləşən otlaq sahəsinə apardığını görüb. O da atası ilə getmək istəyib. Lakin valideyni bununla razılaşmayıb. Deyilənə görə, bu səbəbdən Mirələmlə atası Niyaməddin Cavadzadə arasında problem yaranıb. Amma hadisənin məhz bunun üstündə olduğu dəqiq deyil. İntiharla bağlı araşdırma aparılır, dəqiq səbəb araşdırmadan sonra bəlli olacaq".


OXŞAR XƏBƏRLƏR

Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?

Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində dönərdən kütləvi zəhərlənmə hadisəsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. &n...

Sudanda qızıl mədəni çökdü: 50-dən çox insan öldü

Sudanda Atbara və Haya şəhərləri arasında yerləşən Huveyd bölgəsindəki qızıl mədəninin çökməsi nəticəsində 50-dən çox insan həyatını itirib.   Sfera....

Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO

Azərbaycanda nazirə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiy...

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...

Aparıcının qızı xəstəxanalıq oldu - FOTO

Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanalıq olub.    Sfera.az xəbər verir ki, gözündən zədə alan Rəna əməliyyat olunub. Lətafət hazırda...

Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?

Bir neçə gün öncə "Baksol" yolu ərazisində yolun çökməsi səbəbilə baş verən bədbəxt hadisə ilə bağlı aidiyyəti qurumlar açıqlama veriblər.   ...