NATO-nun Rusiya ilə bağlı “B” PLANI: Bu ölkələrdə ikinci cəbhə açılacaq

NATO-nun Rusiya ilə bağlı “B” PLANI: Bu ölkələrdə ikinci cəbhə açılacaq

NATO Baş katibi Yens Stoltenberq Putinin sülhə yox, daha böyük müharibəyə hazırlaşdığını deyib.  O söyləyib ki, alyans  öz təhlükəsizlik imkanlarını gücləndirməyə, Ukraynaya yardım göstərməyə və Rusiyanın təzyiqi altında olan digər tərəfdaşlarına dəstək verməyə davam edəcək: “Mən dünən Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə danışdım. Biz qərara gəldik ki, NATO müttəfiqləri Ukraynaya dəstəyi davam etdirsin və artırsın. Məqsədimiz Ukraynanın qalib gəlməsidir”. Baş katibin sözlərinə görə, NATO Moldova, Gürcüstan və Bosniya və Herseqovina da daxil olmaqla, Rusiyadan təzyiq hiss edən digər tərəfdaşları da dəstəkləyəcək.

 

Stoltenberqin bəyanatı ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki,  NATO müharibənin bitməsində maraqlı deyil:

 

“Alyans ölkələri məhz Ukrayna “kartından” istifadə etməklə Rusiyanı zəiflətməyə çalışır. Rusiya isə hələ ki, müqavimət göstərir. Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski söyləyib ki, müdafiə qüvvələri qarşıdakı aylarda əks-hücum əməliyyatlarına başlayacaqlar. Rəsmi Kiyevin bu açıqlaması ilə Stoltenberqlə Kulebanın əldə etdiyi razılıq bir-birini tamamlayır. Yəqin ki, yaxın vaxtlarda NATO Ukraynaya daha çox hərbi texnika göndərəcək. Çünki bu, alyansın özünə lazımdır”.

 

Müsahibimiz son günlər Rusiyaya qarşı ikinci cəbhənin açılması məsələsinin də gündəmdə olduğunu vurğulayıb:

 

“Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bu günlərdə demişdi ki, Qərb Gürcüstanda ikinci cəbhə açmağa çalışır. Əslində, bu, mümkündür.  NATO həm Moldovanın, həm də Gürcüstanın təhlükəsizliyini təmin etmək adı ilə gələcəkdə bu ölkələrdə Rusiyaya qarşı ikinci cəbhə aça bilər. Rusiyaya təzyiqlər artırılacaq. Bu baxımdan alyans “B variantı” kimi Gürcüstan və Moldova “kartından” istifadə edə bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

"İnsanlar bəzən bilərəkdən səhv addımlar atırlar"- Yeni TƏDQİQAT

London Universitetində aparılan yeni tədqiqat insanların bəzən bilərəkdən “axmaq” və ya səhv addımlar atdığını ortaya qoyub.   Sfera.az ...

Prezident ona ali xüsusi rütbə verdi

Azərbaycan Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri İldırım İmran oğlu Vəliyevə III dərəcəli dövlət ədliyyə ...

Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ

Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun cərrahiyyə əməliyyatı zamanı canlı yayım açması ilə bağlı araşdırma başlanılacaq. &nb...

Azərbaycanda lift istehsal ediləcək

Azərbaycan-Çin birgə kapitallı Fujiai Azerbaijan MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam...

“Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış – FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome”da yerləşən “Keşlə” bazarında yoxlama keç...

“Boşanma ərizəsi yazmağa 1 şirvan pulum yox idi”

Müğənni Mənzurə Musayeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, qurduğu ailə həyatında yaşadıqlarını dilə gətirən sənətçi maraq...