Yenilənmiş “Kontakt Home-İnşaatçılar metrosu” mağazasının açılışına gəl - Əyləncə, hədiyyə, endirim

Yenilənmiş “Kontakt Home-İnşaatçılar metrosu” mağazasının açılışına gəl - Əyləncə, hədiyyə, endirim

Sevindirən ünvan dəyişmədi, sizə daha yaxşı xidmət göstərmək üçün  böyüdü və tamamilə yeniləndi. İndi də bu sevinci aprelin 7-si saat 17:00-da birlikdə qeyd etməyə dəvət edir.

 

Rəsmi açılışda uşaqdan-böyüyə hamını bol əyləncə, rəqslər, musiqi, sürprizli oyunlar, qiymətli hədiyyələr, animatorlar və pozitiv emosiyalar gözləyir.

 

30 000 çeşiddə məhsul seçimi indi daha yeni və böyük ünvanda

 

Yenilənmiş “İnşaatçılar metrosu” mağazası artıq 2 deyil, 3 mərtəbədə xidmət göstərir. Bu isə o deməkdir ki, indi əvvəlkindən də bol çeşid və xidmət sahəsi müştəriləri gözləyir.

 

Mağazanın yeni, -1-ci mərtəbəsində bütünlükdə böyük məişət texnikası, iqlim və mətbəx avadanlıqları nümayiş olunur. Yeni quraşdırılan “Bosch Zonası”nda özünüzü xəyallarınızdakı mətbəxdə hiss etmək, mətbəx masterklaslarında iştirak etmək imkanı yaradılıb.

 

Mağazanın 1-ci mərtəbəsində rəqəmsal – smartfon, televizor, notbuk, nəqliyyat vasitələrinin, həmçinin akustika avadanlıqları, kiçik məişət, o cümlədən qab-qacaqların ən müasir və zəngin çeşiddə növləri sərgilənib.

 

Yeni yaradılmış nəqliyyat güşəsinə yaxınlaşaraq isə istənilən velosiped, skuter və moped modellərini sərfəli imkanlarla əldə etməyiniz mümkündür.

 

Mağazanın 2-ci mərtəbəsində isə mebellərin, həm də ev tekstilinin rəngarəng seçimləri nümayiş olunur. Burada həmçinin kassa/kredit zonası fəaliyyət göstərir. Şəbəkə kassa/kredit zonasında müştərilərə Pulsuz “Wi-Fi” xidməti də təklif edir. Növbənizi gözlədiyiniz müddətdə mağazanın internetindən istifadə edərək vaxtınızı səmərəli keçirə bilərsiniz.

 

Geniş çeşidli mağazanı gəzməkdən yorula bilərsiniz. Gümrahlığınızı bərpa etmək və əsl italyan qəhvəsindən dadmaq üçün yenilənmiş “Delonghi Zonası”na yaxınlaşmağı da unutmayın ;)

 

Açılışa özəl 50%-dək endirim, 24 ayadək hissəli alış şərtləri

 

Sərfəli imkanlardan söz açmışkən aprelin 10-dək “Kontakt Home-İnşaatçılar metrosu” mağazasından hər növ məhsulları nağd alışda 50%-dək endirimlə ala biləcəyinizi qeyd edə bilərik. Hissəli alış zamanı isə smartfonları ilkin ödənişsiz, 12 ay faizsiz; televizor, məişət əşyalarını, ev tekstilini 18, mebelləri isə 24 ay ilkin ödənişsiz, faizsiz, hətta komissiyasız şərtlərlə əldə edə bilərsiniz.

 

Gəlin açılış təkliflərindən bəzilərinə nəzər salaq: 

 

-128 GB yaddaşlı, 6.5” geniş ekranlı Blackview A85 smartfonunu nağd alışda 470 yox, 349 manata;

 

- 377 lt tutumlu, NoFrost əritmə sistemli Samsung soyuducusunu 1340 yox, cəmi 1099 manata;


-81 sm ekranlı, smart Toshiba televizorunu  600 yox, cəmi  299 manata;

 

-24 sm ölçülü qranit Morelli tavasını isə  25 yox, sadəcə 10 manat ödəməklə ala bilərsiniz. 


Odur ki, açılış təkliflərini qaçırmamaq üçün ailənizlə birlikdə aprelin 7-si saat 17:00-da “Kontakt Home-İnşaatçılar metrosu” mağazasına gəlməyi unutmayın! Ünvan: Yasamal rayonu, Şərifzadə küç., ev 174, blok 4İnşaatçılar metrostansiyasının yaxınlığı.  

 

Qeyd edək ki, hazırda şəbəkənin Azərbaycan üzrə ümumilikdə 32 mağazası, Gürcüstanın paytaxtı Tbilisidə 2, kontakt.az və kontakt.ge onlayn mağazaları fəaliyyət göstərir. Sizə ən yaxın mağazanı buradan tapa bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?

Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində dönərdən kütləvi zəhərlənmə hadisəsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. &n...

Sudanda qızıl mədəni çökdü: 50-dən çox insan öldü

Sudanda Atbara və Haya şəhərləri arasında yerləşən Huveyd bölgəsindəki qızıl mədəninin çökməsi nəticəsində 50-dən çox insan həyatını itirib.   Sfera....

Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO

Azərbaycanda nazirə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiy...

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...

Aparıcının qızı xəstəxanalıq oldu - FOTO

Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanalıq olub.    Sfera.az xəbər verir ki, gözündən zədə alan Rəna əməliyyat olunub. Lətafət hazırda...

Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?

Bir neçə gün öncə "Baksol" yolu ərazisində yolun çökməsi səbəbilə baş verən bədbəxt hadisə ilə bağlı aidiyyəti qurumlar açıqlama veriblər.   ...