Rafael Dağlı ağır qəzaya düşdü - VİDEO

Rafael Dağlı ağır qəzaya düşdü - VİDEO

Tanınmış klarnet ifaçısı Rafael Dağlı (Bayramov) qəzaya düşüb.

 

Sfera.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə bir neçə gün öncə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, musiqiçi idarə etdiyi “Range Rover” markalı avtomobillə idarəetməni itirərək maşını yol kənarına aşırıb.

 

Məsələ ilə bağlı danışan klarnetçi bildirib ki, Şabrana nənəsinin yas mərasiminə gedirmiş: “Gecə saatları idi. Anidən dumana düşdüm, yolu görə bilmədim. Sən demə, orada döngə var imiş. Sürətim elə də çox deyildi. Həm duman, həm gecə vaxtı olması səbəbindən yolu görə bilmədim. İdarəetməni itirdim və maşın yoldan çıxaraq bir neçə dəfə çevrildi.

 

Avtomobildə iki nəfər idik. Yanımdakı şəxsə heç nə olmadı. Özüm isə xəsarətlər aldım, qolum sındı. Xəstəxanada əməliyyat olundum. Əməliyyat 5 saata yaxın davam edib. Hazırda evdəyəm, müalicəm davam edir. Hazırda səhhətim yaxşıdır”.

 

 

 







OXŞAR XƏBƏRLƏR

Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununun yana əyilməsi) vaxtında aşkarlanmasının və fərdi müalicə planlarının tətbiqinin vacib...

Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?

Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində dönərdən kütləvi zəhərlənmə hadisəsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. &n...

Sudanda qızıl mədəni çökdü: 50-dən çox insan öldü

Sudanda Atbara və Haya şəhərləri arasında yerləşən Huveyd bölgəsindəki qızıl mədəninin çökməsi nəticəsində 50-dən çox insan həyatını itirib.   Sfera....

Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO

Azərbaycanda nazirə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiy...

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...

Aparıcının qızı xəstəxanalıq oldu - FOTO

Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanalıq olub.    Sfera.az xəbər verir ki, gözündən zədə alan Rəna əməliyyat olunub. Lətafət hazırda...