“Məktəblilərin psixoloji pasportu hazırlansın!” - TƏKLİF

“Məktəblilərin psixoloji pasportu hazırlansın!” - TƏKLİF

“Hər bir şagirdin psixoloji pasportu hazırlanmalıdır”.

 

Sfera.az bildirir ki, bunu təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.

 

O qeyd edib ki, sözügedən pasport onun sosial və psixoloji profilinin yaradılmasına kömək edən sənəddir:

 

“Bu sənəd şagirdin davranışının və mövqeyinin təhlil edilməsinə imkan verir və onun problemləri, potensialı haqqında məlumat toplamağa yarayır. Psixoloji pasportun hazırlanması üçün ilk olaraq şagirdlərin davranışının, valideynləri və sinif yoldaşları ilə münasibətlərini, məhsuldarlığını və sosial münasibətlərini qiymətləndirmək üçün müəllimlər, psixoloqlar və valideynlər tərəfindən müşahidələr aparılmalıdır. Bu müşahidələr zamanı şagirdin güclü və zəif tərəfləri dəqiq şəkildə müəyyənləşdirilməlidir. Sonra şagirdin mövqeyi və psixoloji profilinin yaradılması üçün bu məlumatlar əsasında təhlil hazırlanmalıdır. Bu təhlil şagirdin mövqeyi və təhsil vəzifələrinə necə cavab verdiyini dəqiqləşdirəcək, potensialını və problemlərini müəyyən edəcək”.

 

Ekspert bildirib ki, psixoloji pasportun hazırlanması zamanı valideynlərin və digər mənbələrin müvafiq icazələri əldə edilməlidir:

 

“Bu sənəd şagirdin maraqları, istəkləri, inkişaf potensialı və problemləri haqqında ətraflı məlumat verməlidir. Psixoloji pasport şagirdin təhsil və inkişafında köməkçi bir vasitə olaraq istifadə edilə bilər. Hər bir şagirdin psixoloji pasportu olarsa, artıq onun atacağı addımları, sərgiləyəcəyi davranışları öncədən proqnozlaşdırmaq olar”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...

Növbəti Kennedi qalmqalı: Məşhur jurnalist evli siyasətçi ilə münasibətinə görə işindən uzaqlaşdırılıb

“New York Magazine” jurnalının siyasi müxbiri, 31 yaşlı Oliviya Nuzzi 70 yaşlı siyasətçi kiçik Robert Kennedi ilə münasibəti məlum olduqdan sonra iş...