Keçmiş sevgilidən gəlinə bombalı toy hədiyyəsi – Bəy və qardaşı öldü

Keçmiş sevgilidən gəlinə bombalı toy hədiyyəsi – Bəy və qardaşı öldü

Qeyri-adi hadisələrlə tez-tez dünya gündəminə düşən Hindistan bu dəfə inanılmaz bir qisas hekayəsi ilə diqqət mərkəzindədir.
 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistanda qısqanc keçmiş sevgili toyu yasa çevirib. 

 

Belə ki, Hindistanın Çhattisqar əyalətinin Kabirdham rayonunda yeni evlənən cütlüyə toy hədiyyəsi olaraq göndərilən kino sistemi elektrik şəbəkəsinə qoşulan kimi güclü səslə partlayıb. Bəy hadisə yerində ölüb, onun yanında dayanan qardaşı isə ağır xəsarət alaraq aparıldığı xəstəxanada dünyasını dəyişib.


Hadisə zamanı 18 aylıq körpə də daxil olmaqla 4 nəfər yaralanıb.

 

Hadisənin qəza olub-olmadığını araşdıran polis ağlasığmaz reallıqla qarşılaşıb. Cütlüyə göndərilən hədiyyəyə bomba yerləşdirildiyi anlaşılıb. Məsələni araşdıran təhlükəsizlik qüvvələri kino sisteminin satıldığı mağazanı aşkarladıqdan sonra daha dəhşətli mənzərə ilə üzləşib.

 

Məlum olub ki, bomba qurğusunu gəlinin başqa kişiyə ərə getməsinə əsəbiləşən keçmiş sevgili yerləşdirib. Araşdırmalardan sonra gəlinin keçmiş sevgilisi Sərju Markam nəzarətə götürülüb. 33 yaşlı avtomexanik bomba hazırlamağı əvvəllər işlədiyi karxanada öyrəndiyini etiraf edib.


İstintaqı aparan müstəntiq Manişa Thakur yerli mətbuata deyib: 

 

“Dindirmə zamanı müttəhim etiraf edib ki, kino sisteminə bomba qurğusu yerləşdirib və onu yeni evlənənlərə hədiyyə edib. Onun partlayıcıları haradan tapdığını və işin digər təfərrüatlarını hələ dəqiqləşdirə bilməmişik”. 

 

Yerli mətbuatda gedən xəbərlərdə qısqanc sevgilinin əvvəlcə evli olduğunu gizlətdiyi, daha sonra gəlini ikinci arvad olaraq almaq istədiyi bildirilib.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...