100 yaşlı amerikalı uzunömürlülüyün qeyri-adi sirlərini bölüşdü - VİDEO

100 yaşlı amerikalı uzunömürlülüyün qeyri-adi sirlərini bölüşdü - VİDEO

Hazırda Sarasotada (Florida, ABŞ) yaşayan 100 yaşlı Şirli Qudman öz yaşında enerjili və şən qalmaqla gənclərə nümunə ola bilir. Hər gün yeməkdən sonra yoqa, rəqs və şokolad onun formada qalmasına kömək edir.
 

Sfera.az bildirir ki, yubileyini mart ayında qeyd edən qadın deyir ki, 100 onun üçün “sadəcə rəqəmdir” və özünü daha böyük hiss edir. Amerikalı uzunömürlülüyünün əsas sirlərini gizlətmir və onları başqaları ilə bölüşməkdən məmnundur.
 

Belə ki, Qudman hər səhər Nyu-Yorkun Albany şəhərində yaşayan qızı Coan ilə FaceTime yoga edir. Ancaq rəqs etmək onun ən böyük həvəsidir və o, bunu "Rəqs edən Nana" kimi tanınan sosial şəbəkə səhifəsindən fəal şəkildə nümayiş etdirir. O, rəqs etməyi ilk dəfə səkkiz yaşında atasından öyrənib.


Həyatının çox hissəsini rəqsə həsr edən və hətta cəmi 17 yaşında öz rəqs məktəbini açan Şirli Qudman, burada tələbələrə balet və bal rəqslərini öyrədib. O, evləndikdən sonra məktəb bağlanmaq məcburiyyətində qalıb, amma rəqs hələ də onun həyatının bir hissəsi olaraq qalıb. Qəhrəmanımız tennis və qolf oynamağı da sevib.
 

2019-cu ildə Şirlinin qardaşı oğlunun toyunda Tush Push (bluz musiqisinə uyğun kantri rəqsi növü) ifa etməsinin videosu tez zamanda yayılaraq viral olub.
 

“Mən insanlara tövsiyə edərdim ki, əgər musiqini ümumiyyətlə sevirlərsə, onu həyatlarının mərkəzinə qoysunlar və evdə sadəcə yellənən kresloda oturmasınlar”- yüz yaşlı qadın tövsiyə edir.
 

Sosial media ulduzu uzunömürlülüyün ikinci açarının həyatın uğursuzluqlarına baxmayaraq dözümlü qalmaq olduğunu bildirib. Ürək xəstəliyindən əziyyət çəkən xanım Qudman iki dəfə açıq ürək əməliyyatı keçirib və hazırda ona kardiostimulyator və stent qoyulub. Onun görmə və eşitmə ilə bağlı problemləri də var ki, bu da ümumiyyətlə onun həyatın hər günündən həzz almasına mane olmur.
 

"Ayaqlarım hələ də işləyir. Mən optimistəm. Hər zaman pozitiv düşünməyə çalışıram. Bu, çox vacibdir. Məndə üstündə pozitiv yazılan qolbaq var. Onu hər gün taxıram və pozitiv qalmağa çalışıram".


Şirliyə görə uzun və xoşbəxt bir həyat üçün başqa bir açar: istədiyinizi yemək və həkimlərin tövsiyələri üzərində dayanmamaqdır. Məsələn, o, xəmirdə bişirilən hər şeyi, eləcə də şirniyyatları çox sevir. Hər yeməkdən sonra o, bir parça şokolad və ya şokoladlı peçenye yeyir.


Qadın heç vaxt siqaret çəkməyib və spirtli içki içməyib. Özünü izah etdiyi kimi, o, sadəcə olaraq spirtin dadını sevmir.
 

Mənəvi harmoniya üçün yaşlı qadın özünü sevdikləri ilə əhatə edir. Onun dörd övladı, 10 nəvəsi və səkkiz nəticəsi var. Qudmanın əri Alfred İkinci Dünya Müharibəsi zamanı pilot olub. 1995-ci ildə dünyasını dəyişib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR