Georgina Ronaldoya ilk baxışdan necə aşiq olmasından danışdı

Georgina Ronaldoya ilk baxışdan necə aşiq olmasından danışdı

Məşhur futbolçu Kriştianu Ronaldonun 29 yaşlı nişanlısı Georgina Rodriguez ilk görüşlərindən danışıb. O, ilk baxışdan Ronaldoya aşiq olduğunu etiraf edib.

Sfera.az bildirir ki, Georgina Ronaldo ilə ilk dəfə 2016-cı ildə Madriddə “Gucci” butikində işləyərkən tanış olub. Növbəti il onlar münasibətlərin elan ediblər. İndi onlar beş övlad böyüdürlər: ikisi ümumi, üçü isə Ronaldo ilə əvvəlki münasibətlərdən.
 

"Ronaldonu görəndə o qədər yaraşıqlı idi ki, ona baxmağa utanırdım. Belə deyək ki, mədəmdə kəpənəklər çırpınırdı"- deyə Georgina etiraf edib.


Georgina Ronaldonun dərhal ona diqqət çəkdiyini də iddia edir.
 

"Ronaldo ilə ilk görüş satıcı kimi işlədiyim “Gucci”də oldu. Bir neçə gün sonra başqa bir brend üçün keçirilən tədbirdə bir-birimizi yenidən gördük. Məhz o zaman iş mühitimdən kənarda rahat bir atmosferdə danışa bildik. Bu, hər ikimiz üçün ilk baxışdan məhəbbət idi”- deyə o bildirib.
 

İndi Georgina Netflix üçün "Mən Georginayam" adlı şousunu çəkir və orada artıq Ronaldo ilə münasibəti haqqında çoxlu maraqlı detallar danışıb. Məsələn, Rodriguez Ronaldo ilə bir dəfə spada cinsi əlaqədə olduqlarını açıqlayıb.
 

Xatırladaq ki, hazırda Georgina Rodriguez, Cristiano Ronaldo və uşaqları Səudiyyə Ərəbistanında yaşayır.
 

Ronaldo üçün Ərəbistan bir istisna edib, qızla birlikdə yaşamağa icazə verib. Bu ölkənin qanunlarına görə, eyni mənzildə yalnız evli cütlük yaşaya bilər. Ronaldo isə dəfələrlə evlənməyə hazır olduğuna işarə etsə də, Corcinaya evlilik təklifi etməyə tələsmir.


Ronaldonun özü bu mövzudan yayınır. Ancaq o, tez-tez övladları haqqında danışır və bir neçə dəfə yeddi uşaq istədiyini bildirib. Qeyd edək ki, yeddi onun FK-da çıxış etdiyi nömrəsidir.


İndi Ronaldonun 12 yaşlı kiçik Kriştiano, beş yaşlı əkizlər Eva və Matteonun, həmçinin qızları Alana Martina və Bella Esmeraldanın xoşbəxt atasıdır.
 

Maraqlıdır ki, Ronaldonun böyük oğlunun anasının kim olduğu hələlik məlum deyil. Oğlan 2010-cu ildə ABŞ-da anadan olub, lakin İspaniyada böyüyüb. Surroqat ana isə futbolçunun əkiz uşaqlarını dünyaya gətirib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...