Kral III Çarlzın tacqoyma mərasiminin dəvətnaməsi ictimaiyyətə təqdim edildi - FOTO

Kral III Çarlzın tacqoyma mərasiminin dəvətnaməsi ictimaiyyətə təqdim edildi - FOTO

İngiltərə kralı III Çarlzın mayın 6-da keçiriləcək tacqoyma mərasimi üçün hazırlanan dəvətnamə ictimaiyyətə təqdim edilib. 


Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Bukinqem Sarayı paytaxt Londondakı Vestminster abbatlığında keçiriləcək tacqoyma mərasimi üçün çap edilən dəvətnamələrin fotosunu yayıb. 

 

Mərasimdə iştirak edəcək şəxslərə göndərilməsi planlaşdırılan dəvətnamədə konsort Kamillanın ünvanının “Kraliça” kimi yazılması diqqət çəkib 
2000 nüsxə ilə çap olunacaq dəvətnamə üçün ingilis folkloruna müraciət edilib. Belə ki, dəvətnamadə "Yeni hökmranlığı əks etdirmək üçün baharı və dirçəlişi simvolizə edən qədim Yaşıl Adam fiquru"na yer verilib. 

 

Ölkənin çəmənliklərində bitən güllərlə bəzədilmiş dəvətnamə ilə yanaşı kral arxivindən ən qədim tacqoyma dəvətnaməsinin fotosu da paylaşılıb. Qeyd edilib ki, “Kral arxivindəki ən qədim tacqoyma dəvətnaməsi 22 sentyabr 1761-ci ilə aiddir. Həmin tarixdə Kral III Corc və Kraliça Şarlottanın tacqoyma mərasimi baş tutub”.

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...