“Getsin Haaqada danışsın” - Britaniya Rusiya Ombudsmanının çıxışına mane oldu

“Getsin Haaqada danışsın” - Britaniya Rusiya Ombudsmanının çıxışına mane oldu

Aprelin 4-də Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının Rusiyadakı Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın çıxış etməli olduğu iclasının video yayımını bloklayıb.
 

Sfera.az bildirir ki, bu barədə “The New York Times” xəbər verib.
 

Lvova-Belova eynilə Rusiya prezidenti Vladimir Putin kimi, ötən ay Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən ukraynalı uşaqların qaçırılması və Rusiyaya qeyri-qanuni deportasiya edilməsinə görə müharibə cinayətləri ittihamı ilə verilən həbs orderlərinin subyektləridir.
 

"O, dezinformasiya yaymaq üçün BMT platformasından istifadə etməməlidir” - Böyük Britaniya nümayəndəsi öz açıqlamasında deyib.
 

"Əgər o, öz hərəkətləri barədə hesabat vermək istəsə, bunu Haaqada edə bilər."-deyə o fikirlərinə nöqtə qoyub.


Britaniya nümayəndə heyəti həmçinin məlumat verib ki, ölkə səfiri BMT Təhlükəsizlik Şurasının iclasında iştirakdan imtina edir.
 

"Rusiya Mariya Lvova-Belovanı brifinqə dəvət edib. Beynəlxalq Cinayət məhkəməsi onun həbsi üçün ötən ay order verib. Böyük Britaniya səfiri iştirak etməyəcək"- deyə agentlik bildirib.

 

Britaniya KİV bildirir ki, Rusiya tərəfindən yayılan görüşü təsvir edən notada dövlət məqsədinin Qərb mediasının və bəzi ölkələrin Rusiyanın ukraynalı uşaqlarla necə davranması ilə bağlı qəsdən təhrif olunmuş “rəvayəti” dağıtmaq olduğu bildirilir. Rusiya tərəfi uşaqların təhlükəsizliyi və müdafiəsi üçün evakuasiya etdiyini söyləyərək bütün ittihamları rədd edir.
 

Amerika və Avropa diplomatları da öz növbəsində Rusiyanın bu ay BMT Təhlükəsizlik Şurasına sədrliyindən dezinformasiya yaymaq üçün istifadə edəcəyi və bu cür cəhdlərə qarşı çıxacaqları barədə xəbərdarlıq ediblər.
 

Rusiya internet yayımına alternativ təqdim etməyi öhdəsinə götürüb, lakin bunu necə edəcəyi bəlli deyil. Yayımın bloklanması o deməkdir ki, görüşün videoyazısı BMT-nin arxivində saxlanmayacaq.


Xatırladaq ki, 2023-cü il martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və ukraynalı uşaqların Azərbaycana göndərilməsinə nəzarət etməli olan Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsinə qərar verib.


Həmçinin ötən gün məlum olub ki, Rusiya 2023-cü ilin aprel ayı ərzində BMT-yə sədrlik etmək imkanı əldə edib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...