Toyda yığılan 32 mini oğurladı, 3 günə 8 min xərclədi

Toyda yığılan 32 mini oğurladı, 3 günə 8 min xərclədi

Bakıda avtomobildən 31 500 manat oğurlayan şəxsin məhkəməsi başa çatıb.

 

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsində 1983-cü il təvəllüdlü Fərid Həsənov Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham edilib.

 

Məhkəmə prosesində məlum olub ki, F.Həsənov ötən il oktyabrın 2-də gecə saat 04 radələrində Yasamal rayonu, Hüseyn Cavid prospekti 263-269 ünvanında yerləşən lüks yaşayış komplekslərndən birinin qarşısında oğurluq niyyəti ilə avtomobillərin qapılarının açıq-olub olmamasını yoxlayıb. Bu zaman o, PP dövlət qeydiyyat seriyalı “Hyundai Tucson” markalı avtomobilin qapısının açıq olduğunu görüb və maşına daxil olaraq axtarışa başlayıb. O, qabaq oturacağın altında sellofan torbada xeyli pulun olduğunu görüb və torbanı götürərək uzaqlaşıb. Bir qədər getdikdən sonra pulları sayan Fərid vəsaitin 31 500 manat olduğunu görüb.

 

Zərərçəkmiş şəxs qismində ifadə verən Z.M. deyib ki, hadisədən bir neçə gün əvvəl paytaxtda yerləşən şadlıq evində toyu olub və 31 500 manat pul həmin məclisdə yığılıb. Toydan sonra o, yeni evə köçüb və oğurluq hadisəsi də həmin vaxt baş verib.

 

O da məlum olub ki, oğurluqdan 5 gün sonra hadisəni törətmiş F.Həsənov saxlanılıb və üzərindən 24 min manata yaxın pul götürülüb. O, məhkəmədəki ifadəsində deyib: “Üzərimdə aşkarlanan pullar sahibinə qaytarıldı, yerdə qalan 8 min manatı 3 gün ərzində şəxsi ehtiyaclarıma xərcləmişəm”.

 

Yasamal Rayon Məhkəməsində keçirilən prosesin yekununda F.Həsənova 3 il həbs cəzası verilib. Daha əvvəl də oğurluq əməli törətdiyinə görə məhkum cəzasını ciddi rejimli müəssisədə çəkəcək.


OXŞAR XƏBƏRLƏR

Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununun yana əyilməsi) vaxtında aşkarlanmasının və fərdi müalicə planlarının tətbiqinin vacib...

Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?

Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində dönərdən kütləvi zəhərlənmə hadisəsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. &n...

Sudanda qızıl mədəni çökdü: 50-dən çox insan öldü

Sudanda Atbara və Haya şəhərləri arasında yerləşən Huveyd bölgəsindəki qızıl mədəninin çökməsi nəticəsində 50-dən çox insan həyatını itirib.   Sfera....

Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO

Azərbaycanda nazirə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiy...

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...

Aparıcının qızı xəstəxanalıq oldu - FOTO

Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanalıq olub.    Sfera.az xəbər verir ki, gözündən zədə alan Rəna əməliyyat olunub. Lətafət hazırda...