"İran Ermənistanla hərbi müqavilə imzalamağı planlaşdırır" - Voskanyan
Siyasət
14:54 / 05.04.2023
4217
İran Azərbaycanla münasibətlərdəki böhran kontekstində Ermənistana hərbi-texniki yardım göstərməyə hazırdır.
Sfera.az xəbər verir ki, bunu erməni iranşünas Vardan Voskanyan bildirib.
O, bu qənaətə Tehranın atmağa hazır olduğu addımları göstərən İranın elektron resurslarına əsasən gəlib.
“Tehran təlimlər keçirməyi, Bakıya diplomatik kanallarla xəbərdarlıq etməyi, Ermənistanla hərbi müqavilə imzalamağı, PUA və raketlərdən istifadə etməklə məhdud hərbi əməliyyat keçirməyi, Ermənistan ordusunu silahla dəstəkləməyi, hərbi müşavirlər göndərməyi planlaşdırır”, - Voskanyan bildirib.
Əzizə Zeynal