Bu ölkənin kənd təsərrüfatı naziri Ukrayna taxılına görə İSTEFA VERƏCƏK
Dünya
12:28 / 05.04.2023
3053
Polşanın kənd təsərrüfatı naziri istefa verəcək.
Sfera.az bildirir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Polşanın kənd təsərrüfatı naziri Henryk Kowalczyk Ukraynadan taxıl idxalının qiymətlərə təsiri ilə bağlı fermerlər arasında artan qəzəb fonunda tutduğu vəzifədən gedəcək.
Sözügedən addım isə Ukrayna Prezidenti Volodimir Zelenskinin Polşaya səfəri ilə üst-üstə düşüb. Bildirilib ki, hətta bəzi fermerlər bu səfəri pozmaqla hədələyirlər.
Günay Rəsulqızı