Zelenski Polşaya rəsmi səfərə yollandı

Zelenski Polşaya rəsmi səfərə yollandı

Ukrayna prezidenti Volodimir Zelenski Polşaya səfər edib. Bu, prezidentin Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri ilk rəsmi səfəridir. Məlumata görə, Zelenski polşalı həmkarı Anjey Duda, eləcə də nazirlərlə görüşəcək.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov  tərəflərin sonuncu dəfə bir neçə ay əvvəl Ukraynada bir araya gəldiyini xatırladıb:

 

“Müharibədə Ukraynaya ən çox dəstək olan ölkələrdən biri Polşadır. Bunun əsas səbəblərindən biri də rəsmi Varşavanın təhlükəslik qayğısıdır. Anjey Duda yaxşı başa düşür ki, Ukrayna məğlub olsa, Rusiyanın növbəti hədəflərindən biri Polşa ola bilər.  Digər tərəfdən, səfər ərəfəsində Polşanın bir neçə MiQ-29 qırıcısının Ukraynaya təhvil verildiyi açıqlanmışdı. Yəqin, bu proses gələcəkdə də davam edəcək. Polşanın Ukraynaya silah tədarükünün intensivləşəcəyi gözləniləndir. Görüş zamanı bu barədə razılıqların əldə olunması mümkündür”.

 

Müsahibimiz qeyd edib ki, savaşın yaxın vaxtda başa çatacağı gözlənilmir:

 

“Yəqin ki, döyüşlər hələ uzun çəkəcək. Bu isə o deməkdir ki, Polşa və digər müttəfiqlər Ukraynaya dəstəyi səngitməməli, əksinə, gücləndirməlidirlər. Qarşılıqlı təmasların, o cümlədən səfərlərin davam etməsi, həm də Rusiyaya mesajdır. Müttəfiqlər, beləliklə, Kremlə həmrəyliklərinə dair ismarış verir, birliklərinin zəifləmədiyini göstərmək istəyirlər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...