"Yeniyetmələrə məktəbin təsiri azalır..." - Psixoloqdan açıqlama

Son vaxtlar abituriyentlərin imtahana kəsici-deşici alətlər, xuliqanlığı simvolizə edən əşyalar gətirməsi müzakirə mövzusuna çevrilib.

 

Maraqlıdır, imtahana gələn şagirdin yoxlanma olacağını bildiyi halda özü ilə bıçaq və s. kimi əşyalar gətirməsi nədən irəli gələr bilər?

 

Mövzu ilə bağlı Sfera.az-ın suallarını cavablayan Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, psixoloq Əli Xəlilov bu cür hərəkətlərə yol verən yeniyetmələrin imtahana göstəriş xarakterli yanaşdığını qeyd edib:

 

No description available.

 

“Əslində hər zaman xuliqanlığa xas olan əşyaları üzərində gəzdirən uşaqlar olub. Sadəcə son zamanlar bu məsələdə artım müşahidə edilir. Bu problemin yaranmasında ailə ilə bərabər, yeniyetmələrin olduğu sosial sfera da rol oynayır. Bu dövr indentifikasiya dövrüdür. Yeniyetmə kütlənin daha çox getdiyi tərəfə istiqamətlənməyi seçir. Əlbəttə, bu, hamıya aid deyil. Məsələn, məqsədləri olan, dərslərini yaxşı oxuyan hansısa şagird üzərində bu cür əşyalar gəzdirmir. Həmin əşyaları gəzdirənlər imtahandan xaric edilməyi də gözə alırlar. Bu hərəkətləri imtahana dırnaqarası yanaşan, imtahanı sadəcə şansa buraxan şagirdlər edə bilər. Bəzi şagirdlər isə bunu digərlərindən seçilmək düşüncəsi ilə edirlər. Elə hallar da olur ki, yeniyetmələr bizə müraciət edəndə bu addımı qəsdən kiməsə zərər vermək üçün atdıqlarını bildirirlər. Yeniyetməlik dövründə fərdə ailədə, məktəbdə nəzarət olmadıqda belə hallar yaşana bilir”.

 

Ə.Xəlilovun sözlərinə görə yeniyeməlik dövründə davranışdan asılı olmayaraq, psixoloqa müraciətin edilməsi düzgün addımdır. Mütəxəssis təhsil sisteminin də bu məsələdəki rolundan danışıb:

 

“Bütün dünyada bu kimi problemlər yaşanır. Lakin bizdə bu hallar daha çoxdur. Bizdə məktəb-pedaqoq-valideyn üçbucağı çox zəif işləyir. Xüsusilə yuxarı siniflərdə repetitor yanına gedən şagirdlər məktəbdən yayınmağa başlayırlar. Bununla da yeniyetmələrə məktəbin təsiri azalır. Bununla bərabər, müəllimlər arasında gender bərabərsizliyi, xanım müəllimlərinin çoxluğu kişi müəllimlərin azlığı da yeniyetmələrin davranışlarına təsir edir.

 

Bundan başqa, cəmiyyətdə nə təbliğ olunursa, onun daha da artdığının şahidi oluruq. Məsələn, ictimailəşən hansısa cinayətin sonradan da təkrarlarına rast gəlmək olur. Bu təbliğat məsələsi yeniyetmələrə xüsusilə təsir edir. Valideynlərə bildirmək istəyirəm ki, bu cür davranışlara meyilli uşaqlara psixoloji yardım göstərdikdə onlarda müsbət dəyişiklik olur, hətta onlar dərslərinə qarşı daha nizamlı olmağa başlayırlar. Əks halda proseslərin sonu acınacaqlı ola bilir. Hətta yeniyetməlik dönəmində heç bir problem özünü biruzə verməsə belə, valideynlər övladlarının psixoloji dəstək alması üçün mütəxəssisə müraciət etməlidir”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...