Tramp həbsdən sonra tərəfdarları qarşısında BUNLARI DEDİ

Tramp həbsdən sonra tərəfdarları qarşısında BUNLARI DEDİ

ABŞ-nin keçmiş prezidenti Donald Tramp rəsmi olaraq iki saatlıq həbs edilib. Beləliklə, o, ABŞ tarixində cinayət əməlində ittiham olunan ilk eks-prezident olub.

 

Nyu-Yorkda nələr baş verdi?

 

Sfera.az bildirir ki, dünən Tramp rəsmi olaraq həbs olunduğu Manhetten prokurorluğuna gəlib. ABŞ prosessual hüququnda həbs ittiham irəli sürülməsinin məcburi hissəsidir. Yəni bu vəziyyətdə  saxlanılma həbs qətimkan tədbiri demək deyil. Təqsirləndirilən şəxs yalnız ittiham irəli sürülən zaman həbsdə qalır.

 

20 dəqiqə əvəzinə 2 saat...

 

Tramp demək olar ki, bütün əlavə prosedurlardan azad edilmişdi – onun əlinə qandal vurulmadı, iş materialları üçün şəkli çəkilmədi, barmaq izləri əvvəlcədən götürüldü. Əvvəlcə müdafiə tərəfi rəsmi həbsin təxminən 20-30 dəqiqə çəkəcəyini güman edirdi, lakin bu müddət 2 saat oldu. Başqa versiyaya görə, həbs daha uzun çəkə bilərdi, çünki Tramp ittihamların hər biri ilə bağlı vəkillə məsləhətləşirdi.

 

Sabiq prezident nədə ittiham olunur?

 

Nyu-York prokuroru Alvin Braqqın sözlərinə görə, Tramp 2016-cı il prezident seçkiləri ilə bağlı cinayətləri ört-basdır etmək üçün maliyyə sənədlərini saxtalaşdırıb. Müstəntiqlərin fikrincə, vəkil Maykl Koen keçmiş porno ulduzu Stormi Danielsə 130 min dollar ödəyib ki, o, seçki kampaniyası zamanı 2006-cı ildə Trampla bağlı iddia edilən məlumatları yaymasın. Daha sonra bu xərclər “Trump Organization” tərəfindən vəkilə ödənilib. Yəni Tramp xüsusilə 34 maddə üzrə saxta sənədlər hazırlamaqda ittiham olunub. Sabiq prezident həmçinin, daha bir cinayətlə bağlı birinci dərəcəli biznes qeydlərini saxtalaşdırmaqda da ittiham edilib. Lakin sənəddə hansı “başqa cinayət”dən söhbət getdiyi izah edilməyib. Prokurorluq Danielsi də şahid qismində cəlb etmək niyyətindədir.

 

Amerika mətbuatının məlumatına görə, ittihamların hər biri üçün maksimum 4 il həbs cəzası nəzərdə tutur. Məhkəmə işi üzrə növbəti hazırlıq iclası 2023-cü il dekabrın 4-nə təyin edilib. Qeyd olunub ki, işə mahiyyəti üzrə baxılması gələn ilin yanvarında başlaya bilər.

 

Müvəqqəti həbsdən sonra nələr oldu?

 

Məhkəmədən sonra Tramp Nyu Yorku tərk edərək Mar-a-Laqodakı malikanəsinin yerləşdiyi Floridaya gedib. O, Mar-a-Laqoda tərəfdarları qarşısında çıxış edərək ittihamları bir daha şərh edib:

 

“Tarixdə ilk dəfə uğursuz prokuror keçmiş ABŞ prezidentinə qarşı ittiham irəli sürür. Bu, məhkəmə deyil, təqibdir”.

 

Tramp həmçinin bildirib ki, Braqq işi məhkəmədən kənar həll etməyi təklif edib, lakin o, bundan imtina edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...