Avtobus sürücüləri nazirə hücum etdilər - FOTO

Avtobus sürücüləri nazirə hücum etdilər - FOTO

Argentinanın təhlükəsizlik naziri Serxio Berni hücuma məruz qalıb. 

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, tətil edən avtobus sürücülərinə baş çəkmək üçün Buenos-Ayres muxtar şəhərinə gedən nazir daş, çubuq və yumruqla qarşılanıb. 

 

Berninin səmimiyyətinə inanmayan sürücülər ona qarşı hücuma keçiblər. Bir nəfər nazirə yumruq vurub. Üzü qan içində qalan nazirin başına velosiped dəbilqəsi taxılıb. Daha bir neçə nəfər isə Berni tərəfə daş və avtomobil hissələri atıb.

 

Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb, bir nəfər adam öldürməyə cəhddə şübhəli bilinərək saxlanılıb. Berni isə, “mən üzləşməyə gəlmişdim” deyib.

 

Nə baş verib?

 

Buenos-Ayresdə avtobus sürücüləri bir müddətdir ki, tətil edirlər. Buna səbəb isə kriminal dəstələrin tez-tez sərnişin daşıyan avtobus sürücülərinə hücum etmələridir. Sürücülər təhlükəsizlik tədbirlərinin artırılmasını istəyirlər. 65 yaşlı avtobus sürücüsü Daniel Barrientos belə hücumlardan birində öldürülüb. Tətil Barrientos üçün ədalət tələbi ilə başlayıb. Avtobus sürücüləri günahkarlar cəzalandırılmayana qədər tətili dayandırmayacaqlarını bildirirlər.

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Donald Trampa başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, mətndə deyilir: &nb...

"İnsanlar bəzən bilərəkdən səhv addımlar atırlar"- Yeni TƏDQİQAT

London Universitetində aparılan yeni tədqiqat insanların bəzən bilərəkdən “axmaq” və ya səhv addımlar atdığını ortaya qoyub.   Sfera.az ...

Prezident ona ali xüsusi rütbə verdi

Azərbaycan Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri İldırım İmran oğlu Vəliyevə III dərəcəli dövlət ədliyyə ...

Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ

Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun cərrahiyyə əməliyyatı zamanı canlı yayım açması ilə bağlı araşdırma başlanılacaq. &nb...

Azərbaycanda lift istehsal ediləcək

Azərbaycan-Çin birgə kapitallı Fujiai Azerbaijan MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam...

“Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış – FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome”da yerləşən “Keşlə” bazarında yoxlama keç...