“Şəxsiyyət” serialının aktyoru vəfat etdi - FOTO

Maqazin
21:50 / 04.04.2023
3534
"Şəxsiyyət" serialındakı rolu ilə adından söz etdirən aktyor Rəcəb Sarı 60 yaşında dünyasını dəyişib.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir çox serial və filmdə rol alan Rəcəb Sarının vəfat xəbərini yaxın dostu və həmkarı Zəfər Algöz açıqlayıb.
Zəfər Algöz sosial media hesabında "Əziz sinif yoldaşım, aktyor Rəcəb Sarı az əvvəl dünyasını dəyişib. Başımız sağ olsun, dostlar. Yeri cənnət olsun" sözlərini paylaşıb.
Dövlət Teatrlarının baş direktoru Mustafa Kurt isə başsağlığı mesajında bunları yazıb: “Ankara Dövlət Teatrının aktyoru Rəcəb Sarının vəfatını böyük kədər hissi ilə öyrəndim. Allah rəhmət eləsin dəyərli sənətkarımıza; Ailəsinə, pərəstişkarlarına və sənət dünyamıza başsağlığı verirəm”.
Lalə
Sfera.az