Albomu musiqi platformalarını alt-üst etdi – Rekord qıran mahnı - VİDEO

Afrobeats musiqinin super ulduzu, Davido kimi tanınan David Adelekenin dördüncü albomu "Timeless" çıxdığı gündən rekordlar qırır.
Sfera.az xəbər verir ki, yayımlanmasından 24 saatdan da az bir müddət sonra albom ABŞ-ın “Apple Music” siyahısında 2-ci yerə yüksəlib və ilk gündə ən çox dinlənilən albom ünvanını qazanıb. Bununla da nigeriyalı müğənni beynəlxalq uğura imza atıb. “Apple Music”in “Twitter” hesabında bu barədə paylaşım da edilib.
17 trekdən ibarət albom rəsmi olaraq 31 mart 2023-cü ildə “Davido Music Worldwide”, “Columbia Records” və “Sony Music Entertainment” vasitəsilə satışa çıxarılıb.
Albomda ulduzlar bir araya gəlib. Belə ki, Asake, Fave, The Cavemen, DMW-nin son üzvləri Morravey və Logos Olori kimi nigeriyalı sənətçilər, həmçinin “Grammy” mükafatlı Angelique Kidjo, britaniyalı reper Skepta, Cənubi Afrikalı musiqi prodüseri/DJ yer alır.
Lalə
Sfera.az