Dünya çempionu dopinqə görə cəzalandırıldı: 2 il… - FOTO

Dünya çempionu dopinqə görə cəzalandırıldı: 2 il… - FOTO

Keçmiş dünya çempionu, britaniyalı boksçu Amir Xanın bütün idman fəaliyyətlərindən 2 il müddətinə uzaqlaşdırılmasına qərar verilib. 

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, buna Amir Xanın son matçında dopinqdən istifadə etdiyinin üzə çıxması səbəb olub. 

 

Ötən ilin fevralında Kell Brukla matçdan əvvəl götürülən dopinq testində 36 yaşlı boksçunun qanında qadağan olunmuş “anabolik ostarin” maddəsi aşkarlanıb. 

 

Dopinq qaydalarını pozduğunu etiraf edən Xan həmin maddəni qəsdən qəbul etmədiyini deyib. Cəzası 2022-ci ilin aprelin 6-dan hesablanan Pakistan əsilli boksçu 2024-cü il aprelin 5-dək heç bir peşəkar idman tədbirində iştirak edə bilməyəcək.

 

Karyerasında keçirdiyi 40 görüşdən 34-də qalib gələn Amir Xanson matçında, 6-cı raundda Bruka uduzduqdan sonra, karyerasını başa vurduğunu açıqlamışdı.

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR