Baş Prokurorluq Akif Çovdarovla bağlı protest verdi

Baş Prokurorluq Akif Çovdarovla bağlı protest verdi

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin idarənin keçmiş işçisi polkovnik Səlim Məmmədovun cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarından əmlakın xüsusi müsadirədən azad olunması ilə bağlı hissədə Baş Prokurorluq tərəfindən kassasiya protesti verilib.

 

Sfera.az xəbər verir ki, protest bu gün təqdim edilib və icraata götürülüb.

 

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli 30 hökmü ilə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinən Akif Çovdarov 12 il müddətə, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

 

İbtidai istintaq zamanı Akif Çovdarov və Səlim Məmmədova məxsus təxminən 30 milyon manata yaxın qiymətləndirilmiş əmlaklar üzərinə həbs qoyulub, lakin məhkəmə tərəfindən işə baxılan zaman müsadirə edilmiş əmlakların qeyd olunan şəxslərə və ailə üzvlərinə qaytarılması ilə bağlı qərar qəbul olunub. (“Qafqazinfo”)


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...