Tesla keçmiş işçisinə 3,2 milyon dollar təzminat ödəyəcək

Tesla keçmiş işçisinə 3,2 milyon dollar təzminat ödəyəcək

“Tesla”nın keçmiş əməkdaşı Owen Diaz şirkəti iş yerində irqçilikdə ittiham edib və 3,2 milyon dollar təzminat alacaq.


Sfera.az bildirir ki, keçmiş qaradərili “Tesla” işçisi iş yerində irqçiliyə görə şirkətdən 137 milyon dollar tələb edib, məhkəmə isə kompensasiyanı 3,2 milyon dollara endirib.
 

Qaradərili bir kişi 2015-2016-cı illərdə “Tesla”nın Fremont zavodunda lift operatoru kimi çalışıb. Onun sözlərinə görə, bütün bu müddət ərzində o, irqi düşmənçilik mühitində olub.


Owen Diaz əvvəlcə şirkətdən 137 milyon dollar təzminat tələb edib. Məhkəmənin qərarı ilə bu məbləğ 3,2 milyon dollara endirilib.


Keçmiş işçi məhkəmədə bir çox qaradərili işçinin irqi ayrı-seçkiliklə üzləşdiyini bildirib. O qeyd edib ki, rəhbərlik bəzi insanların irqi ilə bağlı zarafat etməyə icazə verib.
 

“Tesla”nın baş direktoru Elon Musk isə bu iddiaların yalan olduğunu deyir. O əlavə edib ki, şirkətə yeni sübutlar təqdim etməyə icazə verilsəydi, məhkəmənin qərarı dəyişəcəkdi.
 

Bu arada cəmi bir neçə ay əvvəl satışa çıxarılan 35 Tesla Semi elektrik yük maşınının park əyləcindəki problemlərə görə şirkət tərəfindən geri çağırılıb.

 

Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...