Fransada Makronun "Hitler" obrazının rəsmləri peyda oldu - FOTO

Fransada Makronun

Fransanın Avinyon şəhərində Fransa prezidenti Emmanuel Makronun Hitler obrazını əks etdirən divar rəsmləri peyda olub.

 

Sfera.az bildirir ki, yerli rəssam Fransa liderinin pensiya islahatı haqqında qanunu parlamentdə səsvermə olmadan təsdiq etməyə imkan verən Konstitusiyanın 49.3-cü maddəsini tətbiq etmək qərarına gəlməsinə etirazını bildirib.

 

Qrafik rəssam Lekto prezident Makronu beton divarda 49.3 rəqəmi şəklində bığlı Hitler kimi təsvir edib. Şəkildə "Xeyr, təşəkkürlər" yazılıb.


Yerli prefektura bildirib ki, onlar artıq ərazinin sahibi ilə danışıblar və ən qısa zamanda rəsmin eskizini çəkməyə razılaşıblar.


Sənətçi daha əvvəl Makronu yəhudi iqtisadçı Jak Attalinin rəhbərlik etdiyi kukla kimi karikaturaya çəkib. O, divarın antisemit adlandırıldığı üçün məhkəməyə verilib.
 

Qeyd edək ki, Fransada pensiya yaşının artırılmasını nəzərdə tutan pensiya islahatlarına etirazlar səngimir. Vətəndaşların əksəriyyəti islahatın əleyhinədir, lakin hökumət heç bir güzəşt olmayacağını açıq şəkildə bəyan edib.
 

Yanvarın 19-da Fransada 1 milyondan çox insan küçələrə çıxıb. Onlar pensiya yaşının artırılmasına etiraz ediblər. Fransada pensiya islahatı Makronun seçki kampaniyasında verdiyi əsas vədlərdən biridir. Bu, pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur. İşçilərin pensiya fonduna tutulmasının minimum müddətinin 43 ilə, minimum pensiyanın isə ayda 1200 avroya çatdırılması nəzərdə tutulur.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...