İranın yeni HƏDƏSİ: "Təbrizdəki Baş konsulluğumuza da silahlı hücum edilə bilər" - ŞƏRH

İranın yeni HƏDƏSİ:

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında təxribat xarakterli addım atılıb. Belə ki, SEPAH-ın dəstəyi ilə yaranan “Hüseyniyyun” terror qruplaşmasının üzvləri “bayraqlarını” konsulluğumuzun qarşısına səriblər. Qruplaşma bəyan edib ki, “əgər Azərbaycan konsulluğu MOSSAD-ın nümayəndəliyi olacaqsa, Azərbaycan hüseynçiləri buna imkan verməyəcək”.

 

Nə baş verir?

 

Onsuz da gərgin olan İran-Azərbaycan münasibətləri 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra kritik həddə çatdı. Rəsmi Bakı haqlı olaraq hadisənin baş verməsində İran hakimiyyətini günahlandırdı və Tehrandakı diplomatik missiyasını dayandırmaq qərarına gəldi. Səfirliyin əməkdaşları ailə üzvləri ilə birlikdə yanvarın 29-da Bakıya gətirildi. Bununla belə, Bakı Təbrizdəki Baş Konsulluğun fəaliyyətini dayandırmadı. Belə ki, Azərbaycan Tehrandakı diplomatik missiyasını dayandıraraq terakt ilə bağlı İrana etirazını bildirdi. Təbrizdəki Baş Konsulluğun bağlanması isə həm İrandakı vətəndaşlarımızı, həm də 40 milyondan artıq soydaşımızın taleyinin rejimin insafına buraxmaq demək olardı.

 

Buna görə də rəsmi Bakı Tehrandakı səfirliyimizdə törədilən terakta baxmayaraq, Təbrizdəki Baş Konsulluğun fəaliyyətini dayandırmadı. Konsulluğa terror hücumu Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında törədilən təxribat xəbərdarlıq mahiyyəti daşıyır. Mümkündür ki, bu təxribatı Tehrandakı səfirliyimizdə olduğu kimi silahlı hücum izləsin. Bunu “Hüseyniyyun” qruplaşmasının bəyanatı da təsdiq edir. Qruplaşma bəyan edib ki, “əgər Azərbaycan konsulluğu MOSSAD-ın nümayəndəliyi olacaqsa, Azərbaycan hüseynçiləri buna imkan verməyəcək”.

 

Qruplaşmanın bəyanatındakı “MOSSAD nümayəndəliyi” ittihamı və “Azərbaycan hüseynçiləri” nüansı diqqət çəkir. Tehran rejimi faktiki olaraq zəhərli ideologiyası ilə beyni yuyulmuş etnik azərbaycanlılar vasitəsilə təxribat hazırlayır. Qruplaşmanın bəyanatındakı “Azərbaycan hüseynçiləri” nüansı buna dəlalət edir. “MOSSAD nümayəndəliyi” ittihamı isə konsulluğumuza silahlı hücumun ola biləcəyini göstərir. Nəzərə alsaq ki, İran hakimiyyəti beynəlxalq hüququ açıq şəkildə tanımır və artıq bir dəfə səfirliyimizə silahlı hücum təşkil edib, o zaman konsulluğumuza da bənzər hücumun gerçəkləşməsini ehtimal etmək olar.

 

Müəllif: Politoloq Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...

Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.   Bu barədə Sfera.az“Armenpres...