Rusiyanın ən varlı adamlarının adı açıqlanıb – Siyahıda “Telegram”ın sahibi də var

Rusiyanın ən varlı adamlarının adı açıqlanıb – Siyahıda “Telegram”ın sahibi də var

“Forbes” Rusiya vətəndaşı olan milyarderlərin yeni siyahısını açıqlayıb. 


Sfera.az xəbər verir ki, ən zəngin ruslar siyahısında birinci yerdə “EuroChem” və SUEK-in təsisçisi Andrey Melniçenko olub.

 

Sərvəti 25,2 milyard dollar dəyərində qiymətləndirilən milyarder ilk dəfə bu reytinqə başçılıq edir. 


2022-ci ildə siyahıda birinci yeri NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin tuturdu.  Melniçenko isə ötən il doqquzuncu yerdə qərarlaşmışdı. 


Bu il Lisin üçüncü yerdədir (22,1 milyard dollar sərvəti var), ikinci yerdə “Interros” və “Norilsk Nikel” şirkətinin rəhbəri Vladimir Potanin (23,7 milyard dollar) qərarlaşıb. 
Siyahıda onların ardınca “Novatek PJSC” İdarə Heyətinin sədri Leonid Mixelson (21,6 milyard dollar), “Severgroup” holdinqinin baş direktoru Aleksey Mordaşov və ailəsi (20,9 milyard dollar), Gələcəyimiz Fondunun İctimai Şurasının sədri Vahid Ələkbərov (20,5 milyard dollar), Kontinental Xokkey Liqasının Direktorlar Şurasının sədri Gennadi Timçenko (18,5 milyard dollar), USM-in təsisçisi və əsas səhmdarı Əlişir Usmanov (14,4 milyard dollar), “Alfa-Bank” və “LetterOne”nin təsisçisi Mixail Fridman (12,6 milyard dollar), “Telegram”ın yaradıcısı Pavel Durov (11,5 milyard dollar) gəlir.


Vasif


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...