Sankt-Peterburqdakı terrorun DETALLARI: Aleksey Navalnı ilə əlaqəsi olub, əri Özbəkistanda...

Sankt-Peterburqdakı terrorun DETALLARI: Aleksey Navalnı ilə əlaqəsi olub, əri Özbəkistanda...

Aprelin 2-də Sankt-Peterburqda baş verən terror hadisəsinə görə həbs edilən 26 yaşlı Daria Trepovanın Ukraynanın xüsusi xidmət orqanları və Rusiya müxalifətinin lideri, hazırda həbsdə olan Aleksey Navalnı ilə əlaqələrinin olduğu üzə çıxıb. 


Sfera.az “The Telegraph”a istinadən xəbər verir ki, Daria Trepova Rusiyanın təhlükəsizlik xidmətinə verdiyi ilkin ifadəsində partlayışın baş verdiyi kafeyə içərisində bomba olan heykəlciyi gətirdiyini etiraf edib.   


Xatırladaq ki, bazar günü Sankt-Peterburqdakı kafelərin birində Kremlin təbliğatçısı, hərbi jurnalist Vladlen Tatarski bombanın partlaması nəticəsində öldürülüb. Onunla bərabər kafedə olan daha 30 nəfər yaralanıb. 


Tatarski Ukrayna müharibəsində davamlı olaraq Rusiyanın maraqlarını müdafiə edirdi və o, bununla bağlı müxtəlif materiallar hazırlayaraq yayırdı. 


Məlumatlara əsasən, dünən Rusiyanın FTX-si Daria Trepovanın Sankt-Peterburqdakı mənzilinə daxil olub və onu həbs edərək ilkin etiraf videosunu çəkib. Kadrlarda xanım Trepova yorğun görünür. FTX zabiti ondan niyə həbs olunduğunu başa düşdüyünü soruşur. O, əsəbi halda gülümsəyir, ah çəkir və deyir: “Mən deyərdim ki, Vladlen Tatarskinin öldürüldüyü yerdə olmuşam”. 


Sonra məmur ondan nə etdiyini soruşur. "Oraya partlayan heykəlciyi gətirmişəm" cavabını verir. 


Trepovanın əri Dmitri Rılov də hadisə ilə bağlı açıqlama verib. Rılov hazırda Özbəkistanda mühacirətdə yaşayır. O jurnalistlərə deyib ki, yoldaşı heç vaxt təkbaşına belə bir şey edə bilməzdi. 


Trepovanın anası və bacısı da təhlükəsizlik qüvvələri tərəfindən dindirilib. Eyni zamanda Rusiya hökuməti Özbəkistan hakimiyyətindən Dmitri Rılovun həbsini xahiş edib.


Vasif


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...