İranın nüvə proqramı ətrafında kritik müzakirə: Baydenin YENİ TƏKLİFİ

İranın nüvə proqramı ətrafında kritik müzakirə: Baydenin YENİ TƏKLİFİ

Bayden administrasiyası son həftələrdə avropalı və israilli tərəfdaşları ilə Tehranın nüvə proqramını müzakirə edib.

 

Sfera.az bildirir ki, bu barədə xarici media 10 İsrail rəsmisinə, Qərb diplomatlarına və təklifdən xəbəri olan ABŞ ekspertlərinə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, Ağ Ev rəhbəri sözügedən müqavilənin bəzi hissələrinin dondurulması müqabilində müəyyən sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutan müvəqqəti razılaşma təklifi üzərində düşünür. 

 

“Axios” xəbər saytının məlumatına görə, Bayden administrasiyasının yeni yanaşması ABŞ-nin İranın nüvə proqramındakı son irəliləyişlərdən narahat olduğunu göstərir: “ABŞ 2015-ci il nüvə sazişinə qayıtmaq üçün razılaşma əldə etməyi istisna etməyib. Lakin keçən il İranın Rusiyaya hərbi yardımı və Tehranın hökumət əleyhinə nümayişləri yatırması ilə bağlı məsələlər bunu gündəmdən çıxarıb”.

 

Beynəlxalq Atom Enerjisi Agentliyinin fevralın sonundakı hesabatına görə, İran 87,5 kiloqram 60% zənginləşdirilmiş uran toplayıb. Mütəxəssislər bildirirlər ki, həmin uran 90% silah dərəcəsinə qədər zənginləşdirilərsə, bu, ən azı bir nüvə bombası istehsal etmək üçün kifayət edəcək.

 

Qeyd olunub ki, Bayden administrasiyası yanvar ayında yeni yanaşmanı müzakirə etməyə başlayıb. 10 mənbəyə görə, artıq fevral ayında İsrail, Fransa, Almaniya və Böyük Britaniya müttəfiqlərinə bu barədə məlumat verilib:

 

“Müzakirə edilən təklif İranın nüvə fəaliyyətlərinin bir hissəsini donduracağı, əsasən uranın 60% saflıqda zənginləşdirilməsini dayandıracağı təqdirdə sanksiyaların bir qədər yüngülləşdirilməsini ehtiva edir. İranlılar isə ABŞ-nin müzakirələrindən xəbərdar olsalar da, təklifi rədd ediblər. İran Xarici İşlər Nazirliyi şərh verməkdən imtina edib”.

 

Məsələ ilə bağlı Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü bunları deyib: “Prezident Bayden İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etməyə tamamilə sadiqdir. Biz hələ də diplomatiyanın bu məqsədə çatmaq üçün ən yaxşı yol olduğuna inanırıq. İsrail də daxil olmaqla Vaşinqton tərəfdaşları və müttəfiqləri ilə tam koordinasiyada bütün mümkün variantlara və gözlənilməz hallara hazırlaşır”.

 

Qeyd edək ki, Bayden 2021-ci ildə vəzifəyə gəldikdən az sonra İranla müvəqqəti razılaşma əldə etməyə çalışsa da, tərəflər ortaq məxrəcə gələ bilməyiblər.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...