Yuxusuzluğun səbəbləri və aradan qaldırmaq ÜSULLARI – Mütəxəssislər AÇIQLADI

Yuxusuzluğun səbəbləri və aradan qaldırmaq ÜSULLARI – Mütəxəssislər AÇIQLADI

Orta yaş dövründə olan insanların keyfiyyətli yuxu vaxtı olmalıdır.

 

Sfera.az xarici mediaya istinadən bildirir ki, qadınların yalnız 12 faizi gənc yaşlarında yuxu problemlərinin olduğunu desə də, bu rəqəm menopoz və postmenopozal dövrdə ən azı 40 faizə yüksəlir. Hormon mütəxəssisi Raçel Şerif üç hormonun yuxunun tənzimlənməsində iştirak etdiyini vurğulayıb:

 

“Bunlar melatonin, kortizol və testosterondur. Aşağı testosteron keyfiyyətsiz və daha az dərin yuxu dövrü ilə əlaqələndirilir. Yaşı təqribə 40 olan kişilərdəki testosteron səviyyələri azaldıqca kortizol artır və bu da gecələr oyanmağa, qısa yuxuya səbəb olur. Bu isə həm kişilərdə, həm də qadınlarda depressiya, özünə inamın azalması və lazımsız narahatlıqla əlaqələndirilir. Problemin aradan qaldırılması üçün gicitkən otu, pantotenik turşu, omeqa 3-dən istifadə edə və ya  meditasiya, tənəffüs məşqləri vasitəsilə kortizol səviyyənizi tənzimləyə bilərsiniz”.

 

"Yuxu Elmi" kitabının müəllifi Hiter Darval Smit isə gecə qəfil oyanmaların başqa səbəblərinin ola biləcəyini deyib: “Biz böyük mənzərəyə baxmalıyıq. Yəni həddindən artıq kofein qəbul edirsinizmi? Alkoqol istehlakınız nə qədərdir? Qeyd etmək lazımdır ki, içki qəbul etmək yuxu rejiminin kabusudur”.

Mütəxəssislər bildirir ki, stressin də yuxuya ciddi təsiri var. Sağlamlıq üzrə məşqçi Cerald Yoqium orta yaşı problemlərin olduğu dövr kimi təsvir edib:

 

“Bütün bunlar yuxusuzluğa səbəb olan stresslə nəticələnir. Yuxu zamanı dörd-beş yüngül yuxu dövründən dərin yuxuya- REM-ə - yuxu görmə mərhələsinə keçirik. Bu zaman beyin həmin gün baş verən təcrübələri emal edir. REM yuxu rejimimizin 21 faizi ilə məhdudlaşır, buna görə də gecə saat 3-də olsa belə, bu 21 faiz istifadə edildikdə beynimiz bizi oyadır”.

 

Yuxu psixoterapevti Dipti Tait isə beyin fəaliyyətini qaydaya salmaq yollarından danışıb: “Parasimpatik sinir sistemini işə salmaq, beyni və bədəni istəyə uyğun istirahət etməyə öyrətmək üçün bir çox üsul var. Meditasiya və yoqa bunlardan biridir. Darval Smit son olaraq vurğulayıb ki, gecə oyanmaq normaldır və hər kəs bunu özünə xatırlatmalıdır:  “Bəzi gecələr yaxşı olur, bəziləri pis. Bu, normaldır. Yatmaq üçün mübarizə aparmaq problemi daha da pisləşdirir. Yadda saxlamaq lazımdır ki, yuxu “qüsurlu canavardır””.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR

Butan Krallığının Baş naziri Azərbaycana səfərə gəldi

Butan Krallığının Baş naziri Tişerinq Tobqay BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etm...

Bələdiyyə sədri Ebruya bu qədər qonorar verdi - ŞOK MƏBLƏĞ

Müğənni Ebru Gündeşin Ankarada konsert vermək üçün aldığı qonorar üzə çıxıb.    Sfera.az xəbər verir ki, ifaçı 69 milyon lirə ödəniş alıb. &n...

Müsəlman Ağsaqqalları Şurasının sədri Azərbaycana gəldi

Noyabrın 10-da Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə ...

"Evdə tək"in aktyoru yeni seriala çəkilir

90-cı illərin məşhur komediya filmi olan "Evdə tək"in ulduzu Makoley Kalkin uzun aradan sonra yenidən kamera qarşısına keçməyə hazırlaşır.   ...

Qana Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycandadır -FOTO

Qana Respublikasının Prezidenti Nana Addo Dankua Akufo-Addo BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP...

Təhsil işçilərinə yeni kartlar veriləcək - VİDEO

Təhsil işçilərinə güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları veriləcək.   Sfera.az-ın məlumatına görə, kartların veriləcəyi şəxslər müə...