“Əli Kərimli, sən hansı çəkinin sahibisən ki...” – Razi Nurullayev

“Əli Kərimli, sən hansı çəkinin sahibisən ki...” – Razi Nurullayev

"Bu yaxınlarda AXCP sədri Əli Kərimlinin partiya üzvləri qarşısında çıxışı bir vətəndaş kimi məni çox narahat edib. O, ağına-bozuna baxmadan müxalifətin və iqtidarın əleyhinə əsassız fikirlər səsləndirib".

 

Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında millət vəkili Razi Nurullayev bildirib. Deputat Ə.Kərimlinin Rusiya və İranın Azərbaycanla müharibəyə başlamasını arzuladığını deyib:

 

"Əli Kərimli 30 illik işğala son qoyan və bu gün də Qarabağda separatizmin kökünü kəsmək üçün ağır şərtlər altında siyasət yürüdən Prezident İlham Əliyevi və hamımızı az qala, xəyanətdə ittiham edir. O, Ukrayna xalqını öyərək deyir ki, onlar Rusiya ilə mübarizədə sınmırlar. Mən zaman-zaman bu hakimiyyətin daxili, xüsusilə də sosial siyasətini tənqid etmişəm, amma İlham Əliyevin Qarabağ siyasətini tənqid etmək vicdansızlıq olar. Adamın ağzı əyilər, Allah bu ədalətsiliyi götürməz axı.

 

O deyir ki, "Azərbaycan ordusu niyə Xankəndinə girmədi və niyə Rusiya ilə müharibəyə başlamadıq?". Bu adam ya xalqı avam sayır, ya da qisas hissi o qədər gözünü tutub ki, nəticəsini hesablamadan xalqın hissi ilə oynayıb narazılıq dalğası yaratmaq istəyir. Deyir, “biz dedik ki, Xankəndinə girmək lazımdır”, amma sözümüzü dinləmədilər. Sən hansı çəkinin sahibisən ki, dediyin doğru olsun və sonra da dediyin sözün yükünü çəkə biləsən? Sən heç Elçibəydən qalan bir partiyanın bütövlüyün qoruya bilmədin, on yerə parçalandı, indi Azərbaycanı da beləcə parçalamaq niyyətiniz var. “Xankəndiyə niyə girmədik” deyənlərin əksəriyyətinin övladları və özləri Qarabağda döyüşdə olmayıb, olmaq fikirləri də yoxdur. O cümlədən, Əli Kərimlinin".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...