Çin ABŞ səmasında görünən şarlarından bu məqsədlə İSTİFADƏ EDİRMİŞ 

Çin ABŞ səmasında görünən şarlarından bu məqsədlə İSTİFADƏ EDİRMİŞ 

Son aylarda ABŞ səmasında tez-tez görünən şarlardan Çinin hansı məqsədlə istifadə edildiyi məlum olub. 


Sfera.az xəbər verir ki, ABŞ-nin xüsusi xidmət orqanları şarlardan birində quraşdırılan rabitə vasitələrini izləmək imkanı əldə edib. Məlum olub ki, Çin şarlarda olan texniki vasitələrlə ABŞ-nin hərbi personalını dinləyib və kəşfiyyat məlumatlarını real vaxt rejimində Pekinə ötürüb. 


Şarlardan biri 4 fevral 2023-cü ildə ABŞ-nin Cənubi Karolina yaxınlığında vurulub. “NBC News” xəbər verir ki, həmin şar bir neçə gün ərzində ABŞ üzərində uçub və bu müddət ərzində o, silah sistemlərindən əldə edilən siqnal məlumatları və hərbçilər arasındakı rabitə vasitələri ilə danışıqları toplayaraq Çinə göndərib. 


Buna cavab olaraq ABŞ elektron siqnalları bloklayıb və şarın izləyə biləcəyi obyektlərin bəzilərinin yeri dəyişdirilib. Amerika bununla Çinin daha çox kəşfiyyat məlumatı toplamasının qarşısını alıb. 


Qeyd edək ki, rəsmi Pekin şarların ona məxsus olduğunu təsdiqləsə də, onun kəşfiyyat məqsədilə istifadə edildiyini inkar edib. 


Şarın aşkarlanması ABŞ dövlət katibi Antoni Blinkenin Çinə planlaşdırılan səfərini təxirə salmasına və Vaşinqtonla Pekin arasında onsuz da gərgin olan münasibətləri artırmasına səbəb olub. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...

Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.   Bu barədə Sfera.az“Armenpres...