“Tezliklə Putini Sezarın aqibəti gözləyir” – Britaniyalı general

“Tezliklə Putini Sezarın aqibəti gözləyir” – Britaniyalı general

“Rus əsgəri Ukraynanı işğal edərkən Kremlin strateji niyyətlərindən tamamilə xəbərsiz idilər”.

 

Sfera.az bildirir ki, bunu Britaniyanın keçmiş baş qərargah rəisi Riçard Dannat “The Telegraph”da dərc olunan məqaləsində qeyd edib.

 

Onun sözlərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyinin indi rus əsgərləri arasında içki ilə bağlı problemlərin olduğunu bildirməsi də təəccüblü deyil: “Vladimir Putin isə öz təkəbbürünün qurbanına çevrilib. O, təhlükəsizlik xidmətlərinin Kiyev hökumətinə nüfuz etdiyini,  onu sarsıtdığını, Ukrayna əhalisinin əksəriyyətinin prezident Zelenskiyə qarşı olduğunu, onların Rusiya ilə daha yaxşı əlaqələrin tərəfdarı olduğunu, ordusunun hazırlığına görə ciddi zərbələr endirə biləcəyini düşünürdü. İndi isə döyüş meydanında məğlub olma ehtimalı getdikcə daha da artır və Putinin hakimiyyət üzərindəki gücü zəifləyir. Rusiya prezidenti bilir ki, işğalına haqq qazandırmaq üçün ən azı ötən ilin payızında “əbədi Rusiya” elan etdiyi dörd əyaləti – təbii ki, Krımı da ələ keçirməlidir. Ancaq güman ki, Rusiyanın Ukraynanın şərqindəki son cəhdləri uğursuzluğa düçar olacaq”.

 

General qeyd edib ki, Ukraynanın bu yay həlledici zərbələr endirmək ehtimalı var: “Uzunmənzilli raket zərbələri ilə dəstəklənən tanklar, zirehli piyadalar və özüyeriyən artilleriyaları birləşdirən davamlı hücum və onların toplaya bildikləri hər hansı yaxın hava dəstəyi rusların əhval-ruhiyyəsini məhv edə və rus ordusunu sarsıda bilər. Bir ordunu təfərrüatlı şəkildə məğlub etmək lazım deyil. Əgər onun əsgərləri məğlub olduqlarına inanırlarsa, deməli, həqiqətən də məğlub olublar. Keçən ilin payızında Xarkov ətrafında baş verdiyi kimi, rus əsgərləri çox güman ki, qaçacaqlar. Belə bir çöküş Putini Kremldən çıxaran katalizator ola bilər”.

 

Riçard Dannat bildirib ki, Putini kimin əvəz edə biləcəyi ilə bağlı qorxular var: “Rusiya Baş Qərargah rəisi, general Valeri Gerasimov kifayət qədər dəstək toplaya və hərəkətə keçmək üçün mənəvi cəsarət tapa bilsə, Ukrayna savaşı ikinci ildönümünə az qalmış bitə bilər. Putin yəqin ki, bu ehtimaldan qorxduğu üçün Gerasimovu Moskvadan göndərdi. Gerasimov Brutun bıçağını tutur, ya yox bilmirəm, amma Putinin “Yuli Sezar sonluğu” o qədər də uzaqda deyil. Avropanın sabitliyi naminə NATO, ABŞ və Qərb Ukraynaya hər cür dəstəyi verməyə davam etməlidir”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...