Rublda ucuzlaşma üçüncü ayına keçib – SON MƏZƏNNƏ

Rublda ucuzlaşma üçüncü ayına keçib – SON MƏZƏNNƏ

Rusiya rublunun məzənnə dəyərində bu ilin əvvəlindən müşahidə edilən enmə hələ də davam edir. 


Sfera.az xəbər verir ki, 2023-cü ilin yanvarında dollar/rubl kursu 68 olduğu halda hazırda 79 həddini keçib. Son 3 ayda dolların rubla nəzərən məzənnəsi 16,2 faiz yüksəlib. 


Rublun ucuzlaşmasının bir neçə səbəbi var. Neftin bahalaşması, sanksiyaların təsirinin hiss edilməsi, Rusiyanın ixrac etdiyi neftə tavan qiymətin tətbiq edilməsi, birinci rübdə dövlət büdcəsində böyük kəsirin yaranması rublun dəyərdən düşməsində əsas səbəblərdəndir. 


Azərbaycanda da rublun ucuzlaşması müşahidə edilir. Yanvarda 1 rubl 0,025 manat olduğu halda hazırda 0,0217-dir. 


Rublun ucuzlaşmasının Azərbaycana müsbət və mənfi təsiri var. Müsbət təsiri idxal edilən malların ucuzlaşması şəklində göstərir. Rubl ucuzlaşdıqda Rusiya istehsalı olan mallar manat ifadəsində dəyərdən düşür. 


Mənfi təsiri isə Azərbaycandan ixracın çətinləşməsidir. Rubl ucuzlaşdıqda ölkəmizdən Rusiyaya ixrac edilən malların dəyəri artır ki, bu da həmin məhsulların alışını azaldır. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...