“İmam Hüseynin adına terror təşkilatı yaradanlar...” – Milli Məclisdə müzakirə
Siyasət
11:21 / 04.04.2023
2051
"Mart ayında hipermarketə hücum, ardınca Bakının mərkəzində atışma və nəhayət, Fazil Mustafaya qarşı terror bir zəncirdə birləşir".
Sfera.az xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Zahid Oruc deyib:
"Terroçuların dini, milli mənsubiyyyəti yoxdur, onların hədəfi dövlət, xalqdır. Ölkədəki dini konfendensiyalar İmam Hüseynin adına terror təşkilatı yaradanları qınamalıdırlar. 30 il ərzində işğala hər vəchlə dəstək verənlərin İranın yanında olması ortadadır. Azərbaycan dövləti 30 ildə terrora qarşı mütəşəkkil fəaliyyət göstərib. 44 günlük müharibədəki kimi terroçuları da məhv edə biləcəyik".
Əzizə Zeynal