Oruc tutan şəxslərin NƏZƏRİNƏ: Əgər bu xəstəliyiniz varsa...

Oruc tutan şəxslərin NƏZƏRİNƏ: Əgər bu xəstəliyiniz varsa...

“Bir sıra xəstəlikləri olan şəxslər oruc tutarkən diqqətli olmalıdır”.

 

Bunu Sfera.az-a həkim-endokrinoloq Elza Əsgərova deyib. O, qeyd edib ki, həmin şəxslər dərman qəbulu qaydalarına düzgün əməl etməlidirlər, əks halda səhhətlərində ciddi problem yarana bilər:

 

“Məsələn, zob xəstələri ənənəvi olaraq L-Tiroksin və ya Eutiroks dərmanı qəbul edirlər. Bu dərmanın yaxşı mənimsənilməsi üçün onun acqarına qəbul edilməsi vacibdir. Bunun üçün də həmin dərmanın imsak zamanı, qida qəbulundan yarım saat əvvəl acqarına qəbul edilməsi məqsədəuyğundur. Əgər şəxs bunu həmin vaxt edə bilmirsə, bu zaman iftar vaxtı başlayan kimi 1 stəkan su ilə  qəbul edib, ən azı yarım saat gözlədikdən sonra yemək yeməlidir. Əgər bu da mümkün deyilsə, oruc tutan şəxs iftar vaxtı yetişəndə dərhal qida qəbuluna başlayırsa, bu zaman iftarda qida və maye qəbulunu tamamilə dayandırdıqdan 3-4 saat sonra dərmanı qəbul edə bilər. Bütün hallarda dərmanın sovrulması üçün 3-4 saat aclıq mütləqdir və bunu sistemli şəkildə davam etmək lazımdır”.

 

Mütəxəssis oruc tutmağın şəkərli diabet xəstələrinin sağlamlığı üçün də təhlükə ola biləcəyini bildirib:

 

“Lakin bu, hər şəkərli diabet xəstəsinə şamil olunmur: Onlar 2 tipə ayrılır: insulindən asılı olan I tip və insulindən asılı olmayan II tip insanlar. İnsulindən asılı olmayan xəstələr də bəzən insulin tələbli olurlar. I tip şəkərli diabet xəstələrinə oruc tutmaq qətiyyən məsləhət görülmür. Gün ərzində 2-3 dəfə insulin qəbulu baş verməzsə, belə xəstələrdə şəkərin düşməsi baş verə, bu isə koma ilə nəticələnə bilər. II tip şəkərli diabet xəstələri isə oruc tutmağa başlamazdan əvvəl həkim-endokrinoloqa müraciət etməli, özlərinin 3 aylıq şəkərini yoxlatdırmalıdırlar. Əgər xəstələrdə qlikohemoqlobin 8-dən aşağıdırsa, bu zaman onlara oruc tutmağa icazə verilir. Bu göstərici 8-dən yuxarıdırsa, həmçinin şəkərli diabet xəstələri öz müayinə və  müalicələrinə etinasız yanaşırsa, həmin xəstələrin də oruc tutması onların sağlamlığı üçün təhlükə yarada bilər. Bəzi ürək-qan damar xəstələrinə də oruc tutmaq tibbi cəhətdən məqsədəuyğun deyil”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...