“Şəfiqə Məmmədova dedi, məni qəsdən vurdun...” – Rasim Balayev

“Şəfiqə Məmmədova dedi, məni qəsdən vurdun...” – Rasim Balayev

“Nəsimi”yə qədər məni kinoya çəkmirdilər. Deyirdilər ki, sən fotogenik deyilsən. Filmə çəkilən adamların əvvəl fotosınağı olurdu. Fotodan keçənlərin kino sınağına çağırırdılar. Mən fotodan keçmirdim. İşığı necə qururdularsa, əyri-üyrü görünürdüm. Yalnız “Üç qərənfil” filminin kino sınağına düşdüm. O filmi də bağladılar. “Nəsimi”yə çəkiləndən sonra həm burda, həm Orta Asiyada, həm Moskvada, hətta Osetiyada filmlərə çəkildim. Məni sınaqsız dəvət edir və çəkirdilər. “Nəsimi” mənə yaşıl işıq yandırdı, oldum fotogenik”.

 

Sfera.az xəbər verir ki, bunu Xalq artisti Rasim Balayev “Ötən günlər” verilişində deyib.

 

O, həmçinin “Dədə Qorqud” filminin çəkiliş meydançasında başına gələn hadisəni də danışıb:

 

“Bəzən mənə deyirlər ki, kadrarxasında nələr olur? “Dədə Qorqud” filminin çəkilişi zamanı idi, Şəfiqə Məmmədova filmdə Burla xatun roluna çəkilirdi. Oxatma səhnələri çəkilirdi. Onların səhnəsinin çəkilişi bizim çəkilişdən sonra idi. Ona görə onlar kənarda durub bizim çəkilişimizi baxırdılar. Mənim oxatma səhnəm bir neçə dubla çəkildi. Oxun ucunda şiş dəmir var idi. Oxu atdım, uçdu dəydi Şəfiqə Məmmədovanın qoluna. Qolunu qan götürdü. Dedi, sən məni qəsdən vurdun. Dedim, mən o tərəfə atırdım, gəldi sənə dəydi”.


OXŞAR XƏBƏRLƏR

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə s...

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...

Türkiyə XİN: "Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur"

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından ÇIXDI

Ankara-Yüksekova reysini həyata keçirən “AJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi Yüksekova Səlahəddin Əyyubi Hava Limanına endikdən sonra güc...

Uşaqları və özümüzü qripdən necə qoruyaq? - TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

Payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Havalar soyuduqca bədənin müqaviməti azalır və orqanizm zəiflədiyi üçün xəstəliklərə yoluxma riski də artır. ...