Azərbaycan ilə Özbəkistan arasında informasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu

Azərbaycan ilə Özbəkistan arasında informasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu

Azərbaycanın bir sıra dövlət qurumları rəhbərlərinin daxil olduğu nümayəndə heyəti Özbəkistanda səfərdədir.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şuranın sədri İsmət Səttarovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 3-də Daşkənd şəhərində Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev ilə görüşüb.

 

Görüşdə iki ölkə arasında informasiya təhlükəsizliyi, ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub, media sahəsində əlaqələrin inkişafı məqsədilə konkret layihələrin reallaşdırılmasının vacibliyi diqqətə çatdırılıb. Özbəkistan tərəfi media və informasiya sahəsində, həmçinin feyk xəbərlərlə mübarizədə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib. Danışıqlar əsnasında iki ölkənin aparıcı informasiya agentlikləri arasında xəbər və təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyi önə çəkilib.

 

Görüş zamanı Azərbaycanın işğaldan azad olunan ərazilərində yüksək səviyyədə aparılan genişmiqyaslı quruculuq işlərinin dünyaya çatdırılmasının önəmli olduğu və bu istiqamətdə medianın böyük rol oynadığı vurğulanıb.

 

Nümayəndə heyəti səfər zamanı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib. Mərkəzin direktoru Samir Abbasov bildirib ki, Azərbaycan-Özbəkistan dostluq əlaqələrinin inkişafında mühüm əhəmiyyətə malik olan Mədəniyyət Mərkəzində Heydər Əliyev Muzeyi, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, Azərbaycan Tarixi və Dövlətçiliyi Muzeyi və Xalça Muzeyi fəaliyyət göstərir.

 


OXŞAR XƏBƏRLƏR

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...

Türkiyə XİN: "Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur"

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından ÇIXDI

Ankara-Yüksekova reysini həyata keçirən “AJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi Yüksekova Səlahəddin Əyyubi Hava Limanına endikdən sonra güc...

Uşaqları və özümüzü qripdən necə qoruyaq? - TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

Payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Havalar soyuduqca bədənin müqaviməti azalır və orqanizm zəiflədiyi üçün xəstəliklərə yoluxma riski də artır. ...

Gədəbəydə Birinci Qarabağ müharibəsinin şəhidi Bilal Qəhrəmanov dəfn edildi

Qalıqları Şuşa rayonunun Dəhraz kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Bilal Qəhrəman oğlu Qəhrəmanovla Gədəbəy ray...