"Jara" təxirə düşdü

Maqazin
21:16 / 03.04.2023
5785
20-21 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilməsi planlaşdırılan "Jara" beynəlxalq mahnı festivalı təxirə salınıb.
Sfera.az xəbər verir ki, bu barədə festivalın təşkilatçılarından biri olan Xalq artisti Emin Ağalarov sosial şəbəkədə bildirib.
"Təəssüf ki, dünyada mövcud vəziyyət genişmiqyaslı musiqi tədbirlərinin keçirilməsinə imkan vermir", - deyə, sənətçi yazıb.