Qiymətlərin artması siqaret istehlakını azaldır – RƏQƏMLƏR

Qiymətlərin artması siqaret istehlakını azaldır – RƏQƏMLƏR

Azərbaycanda pərakəndə şəkildə satılan siqaretlərin qiymətində 10 qəpik artım qeydə alınıb. Müşahidə edilən qiymət artımı 2023-cü ildə siqaretlərdə qeydə alınan ilk bahalaşmadır. 


Sfera.az bildirir ki, son illərdə siqaretlərin qiymətində mütəmadi artım baş verir. Bu artımların hesabına 5 il ərzində, yəni 2018-ci ildən bəri siqaretlərin dəyəri 2 dəfəyə (100 faiz) yaxın artıb. 


2018-ci ilin martında 1 qutu filtrli siqaretin orta qiyməti 1,34 manat olub. Orta qiymət 2019-cu ilin martında 1,64 manata, 2020-ci ildə 1,96 manata, 2022-ci ildə 2,5 manata, 2023-cü ildə isə 2,68 manata yüksəlib. 


Siqaretlərin dəyəri son 5 ildə orta hesabla 1,34 manat yüksəlib. 


Qeyd edək ki, Azərbaycan hələ də siqaretlərin pərakəndə satış qiyməti aşağı olan ölkələrdən hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatı siqaret istehlakının azalması üçün Azərbaycan hökumətinə siqaret qiymətlərinin artırılmasını tövsiyə edir. 


Həqiqətən də, qiymətlərin artması ölkəmizdə siqaret istehlakına azaldıcı təsir göstərir. Son 5 ildə qiymətlərin 2 dəfə artması müqabilində tütün məmulatlarının pərakəndə satışı 2 dəfədən xeyli az artıb. Belə ki, tütün məmulatlarına xərclənən pul 2017-ci ildə 1,1 milyard manat olduğu halda, 2021-ci ildə 1,524 milyard manata yüksəlib. Beş ildə xərclərdəki artım cəmi 40 faizə yaxın olub. 


Əhalinin sayının artmasına və qiymətlərdəki 2 dəfə yüksəlişə baxmayaraq, satış dövriyyəsinin 40 faiz genişlənməsi ondan xəbər verir ki, qiymət artımları siqaret istehlakına azaldıcı təsir edir.


Vasif



 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...