Ukraynalı pilotlardan HƏYƏCAN TƏBİLİ: Rusların “ölüm tələsi”

Ukraynalı pilotlardan HƏYƏCAN TƏBİLİ: Rusların “ölüm tələsi”

Rusiya Ukrayna qırıcılarını pusquya salmaq üçün mürəkkəb “tələlər” qurur.

 

Sfera.az bildirir ki, bu barədə ukraynalı mayor Vadim Voroşilov “The Telegraph”a açıqlamasında deyib. O, köhnə sovet təyyarələrindən istifadə edərək ruslarla mübarizə aparmağın hər gün çətinləşdiyini söyləyib və Qərbdən F-16 qırıcıları göndərməyi xahiş edib.

 

“Ruslar hər zaman taktikalarını dəyişirlər, ona görə də müharibə sabit deyil. Tələlər düzəldirlər. Ukraynalı pilotlar isə Sovet dövründən qalma MiQ-29-ları idarə etməyə davam etdikcə, döyüş meydanında çox şey edə bilməyəcəklər. “Sukhoi Su-35” müasir hava döyüş təyyarələri və “Su-34” bombardmançı təyyarələri ilə uçan rusları məhv etmək çətin olub. Hazırda biz ancaq düşmən hücumunun qarşısını ala bilirik. Lakin F-16-larla piyadaları qorumaq üçün aerodrom, eləcə də dənizlər və yerə nəzarət edə bilirdik. Düşməndən daha yaxşı olmaq üçün müasir təyyarələrə ehtiyacımız var”, deyə V.Voroşilov söyləyib.

 

“The Telegraph” xatırladıb ki, Ukrayna daha əvvəl də ABŞ istehsalı olan F-16-ların alınması üçün müraciət edib. Bununla belə, Co Bayden bu yaxınlarda Ukraynanı F-16 qırıcıları ilə təmin etmək istəmədiyini bildirib. Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının aviasiya şöbəsinin rəisi, polkovnik Volodimir Lohaçov isə bunları deyib:

 

“Gözləməyə davam etdikcə daha çox pilot itirəcəyik. F-16-larda təlim keçə biləcək ən qabaqcıl pilotların siyahısı əlimizdə var idi. Təəssüf ki, onlardan bəziləri artıq döyüş zamanı öldürülüb. Eyni zamanda, Rusiya təyyarələrindəki radarlar bizdə olandan təxminən dörd dəfə yaxşıdır və onlar daha çoxunu görə bilirlər. Düşmən raketləri bizim sovet raketlərindən xeyli güclüdür. Bu baxımdan vəziyyət getdikcə təhlükəli olur. Bəzən biz rusların raket atdığını belə görə bilmirik. Bu da pilotlar üçün yaxşı hal deyil”.

 

Nəşrin məlumatına görə, daha təkmil Qərb qırıcıları ilə bağlı vədlərin olmamasına baxmayaraq, ukraynalı pilotlar hələ də nikbin olaraq qalırlar. Qeyd olunub ki, əksər ukraynalı pilotlar və mühəndislər artıq intensiv ingilis dili dərsləri keçirlər: “Çünki onlar qərb silahları ilə təlim keçmək vaxtı gəldikdə təlimatçılarını başa düşməlidirlər”.

 

Vadim Voroşilov  son olaraq bildirib ki, rusların 40 hava bazası, ümumilikdə 700-dən çox təyyarə və helikopteri var: “Hazırda Qərb təyyarələrini əldə etmək məsələsi üzərində işləyirik, çünki əlimizdə olanlar döyüş meydanında effektiv olmaq üçün kifayət deyil”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...