Makronu Çinə aparan səbəb – Niyə gedir?

Makronu Çinə aparan səbəb – Niyə gedir?

Fransa Prezidenti Emmanuel Makronun 5-7 aprel tarixlərində Çinə işgüzar səfəri gözlənilir.  Səfərin Çin sədri Si Cinpinin dəvəti ilə baş tutacağı bildirilir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Qərb ölkələri Ukraynaya dəstək verməklə kifayətlənmir, eyni zamanda beynəlxalq arenada onun maraqlarını da təmsil etməyə çalışır:

 

“Si Cinpinin Moskva səfəri boş yerə deyildi, burada əsas məqsəd dünyadakı yeni siyasi sistemi öz xeyrinə çevirmək idi. Çin sədri heç də Rusiyaya canı yandığına görə oraya səfər etməyib, o, öz dövlətinin maraqlarını güdür. Ümumiyyətlə, dünya birqütblülükdən çıxıb ikiqütblülüyə doğru gedir. Birində Çin-Rusiya, digərində  Qərb ittifaqı var. Düşünürəm ki, Makronun Çinə səfərinin də məqsədi var. Bir müddət öncə Almaniya kansleri Olaf Şolzun da Çinə, daha sonra Hindistana səfəri baş tutmuşdu və burada da məqsəd hər iki ölkəni Rusiyaya qarşı təzyiq vasitəsi kimi istifadə etmək idi. Yəni məqsəd sözügedən ölkələrə basqı etməklə Moskvanın geri çəkilməsini təmin etmək idi. Fikrimcə, indiki məqamda Makron da Çinə təsir etməklə onunla birgə müharibənin nizamlanmasında, Ukraynada atəşkəsin imzalanmasında rol oynamaq istəyir”.

 

Müsahibimiz qeyd edib ki, ABŞ müharibənin tezliklə dayanmasına çalışmır:

 

“Qərbin özündə də ikitirəlik yaranıb. İndiki məqamda Fransa, müəyyən mənada Almaniya müharibəni qısa müddətdə bitirməyin tərəfdarıdır. Çünki bunun Avropanın iqtisadiyyatını çökdürəcəyini düşünürlər. Amma ABŞ və Böyük Britaniya məsələyə fərqli yanaşır. Onlar müharibənin uzanması və Rusiyanın tamamilə çökməsini istəyirlər. Makronun Çin səfərində görünür, Si Cinpinlə bu məsələ ciddi müzakirə ediləcək. Nəzərə almaq lazımdır ki, Fransa Çinlə ticarət, iqtisadi, siyasi əlaqələri olan Avropa ölkələrindən biridir. Çinə dayaq ola biləcək Avropa ölkələri varsa, biri  İtaliyadır, biri isə Fransa. Bu baxımdan Makronun səfərində Ukrayna məsələsi əsas gündəm olacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...