"USQ-nin Baş komandanı ilə Volodimir Zelenski arasında ciddi fikir ayrılığı var" - ŞƏRH

“Vaqner” özəl hərbi birliyinin rəhbəri Yevgeni Priqojin Rusiya silahlı bölmələrinin Baxmutun mərkəzini ələ keçirdiyini açıqlayıb. O, Baxmutda administrativ binaya Sankt-Peterburqdakı “Strit-bar” kafesində baş verən partlayışda həyatını itirən hərbi müxbir Vladlen Tatarskinin adının yazıldığı Rusiya bayrağının sancıldığını bəyan edib.

 

Ukrayna tərəfi hələlik rəsmi məlumat verməsə də, Rusiya silahlı bölmələrinin Baxmutun mərkəzini ələ keçirməsi mümkündür. 

 

Baxmut hazırda Rusiya-Ukrayna müharibəsinin ən kritik nöqtəsidir. Həm Rusiya, həm də Ukrayna tərəfi üçün strateji önəmə sahibdir. Bundan başqa, Baxmut psixoloji üstünlük baxımdan da vacibdir. Belə ki, iki tərəf də müharibə gedişində ciddi itkilər verib və müsbət xəbər eşitməyə ehtiyacı var. Xüsusilə Baxmutun ələ keçirilməsi Rusiya üçün həyati önəmə sahibdir.

 

Belə ki, Rusiya ictimaiyyətində müharibə əleyhinə baxışlar günbəgün artır. Baxmutun ələ keçirilməsindən Kreml geniş şəkildə istifadə edəcək. 

 

Taktiki geri çəkilmə

 

Yevgeni Priqojin hər nə qədər Rusiya silahlı bölmələrinin Baxmutun mərkəzini ələ keçirdiyini açıqlasa da, mümkündür ki, bu, Ukrayna silahlı qüvvələrinin taktiki geri çəkilməsidir.

 

Məsələ ondadır ki, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı ilə Prezident Volodimir Zelenski arasında Baxmutla bağlı ciddi fikir ayrılığı var. Zelenski Baxmutun müdafiə edilməsini dəstəkləsə də, Zalujnı çəkilib daha ciddi müdafiə xəttinin qurulmasını təklif edirdi. Görünür, Zalujnı bu məsələdə Zelenskini razı sala bilib. 

 

Diqqətçəkən bir məqam da Baxmutun Valeri Zalujnı ilə Böyük Britaniya Müdafiə Qərargahının rəisi admiral Toni Radak arasında telefon danışığından qısa müddət sonra ələ keçməsidir. Belə ki, Zalujnı Toni Radakla məhz cəbhəboyu əməliyyat vəziyyəti, həmçinin Baxmut istiqamətində döyüşləri müzakirə edib. Mümkündür ki, Böyük Britaniya Müdafiə Qərargahının rəisi də ukraynalı həmkarına Baxmutdan taktiki-strateji geri çəkilməyə dair məsləhət verib. 

 

Nisbi sakitlik

 

Nəzərə alsaq ki, hazırda Donbasda ən ağır döyüşlər Baxmut və Uqledar ətrafında gedir, Baxmutun ruslar tərəfindən ələ keçirilməsi hücumların intensivliyini azalda bilər. Düzdür, Baxmutun tutulması ruslara Çasov Yar, Kramatorsk və Slavyanska çatmaq imkanı versə də, yorğun və ciddi itkilərə məruz qalan qoşunların bir müddət hücumlara fasilə verməsi ehtimal edilir. Mümkündür ki, ruslar Baxmutda müdafiə xəttini gücləndirib yeni hücumlar üçün hazırlıq işləri görəcək. Bu da öz növbəsində tərəflər arasında nisbi sakitliyin yaranmasına səbəb ola bilər. 

 

Kiyev rusların Baxmutdan sonra hücumlara fasilə verəcəyini bilir və məhz buna görə geri çəkilmə taktikasını seçdi. Ukrayna ordusu bu fasilədən həm müdafiə xəttinin gücləndirilməsi, həm də əks-hücum hazırlıqlarının görülməsi üçün istifadə edə bilər. 

 

Müəllif: Politoloq Turan Rzayev

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...