ABŞ dövlət katibi ona görə Lavrova zəng etdi - TƏFƏRRÜAT

ABŞ dövlət katibi ona görə Lavrova zəng etdi - TƏFƏRRÜAT

ABŞ dövlət katibi Entoni Blinken rusiyalı həmkarı ilə telefon danışığında həbsdə olan “Wall Street Journal”ın müxbirini azad etməyə çağırış edib.

 

Sfera.az xarici mediaya istinadən  xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə cavab olaraq bildirib ki, ABŞ “hay-küy salmağa” və həbsi siyasiləşdirməyə çalışmamalıdır.

 

Bazar günü Rusiya Xarici İşlər Nazirliyi təsdiq edib ki, Lavrov və Blinken ABŞ-ın təşəbbüsü ilə telefon danışığı zamanı cənab Qerşkoviçin həbsini müzakirə ediblər.

 

ABŞ Dövlət Departamentinin yaydığı mətndə isə qeyd edilib ki, Blinken “ABŞ vətəndaşı olan jurnalistin qəbuledilməz şəkildə saxlanmasından böyük narahatlığını” çatdırıb.

 

Lavrov isə cavab olaraq Rusiyanın Qerşkoviçin “məxfi məlumat əldə etməyə cəhd edərkən cinayət başında tutulduğu” və onun işinə Rusiya məhkəmələri tərəfindən baxılacağı barədə iddialarını təkrarlayıb.

 

Lavrov həmçinin ABŞ rəsmilərinə və mediaya xəbərdarlıq edib ki, jurnalistin həbsi ətrafında “isteriya” alovlandırmasınlar. Vurğulanıb ki, Vaşinqton rəsmiləri və Qərb KİV-lərinin bu işə siyasi çalar vermək məqsədi ilə isteriya qızışdırması yolverilməzdir.

 

Zəng zamanı Blinken həmçinin Rusiyada saxlanılan digər ABŞ vətəndaşlarının, o cümlədən beş ildən artıqdır ki, casusluq ittihamı ilə saxlanılan keçmiş ABŞ dəniz piyadası Pol Uilanın azad edilməsinə çağırış edib.

 

Qeyd edək ki, 31 yaşlı Qerşkoviç Moskvada tanınmış müxbirdir. Ötın həftə çərşənbə günü günortadan sonra “Wall Street Journal”ı ilə onun bütün əlaqəsi kəsilib, bundan sonra onun Rusiya təhlükəsizlik xidməti tərəfindən həbs olunduğu məlum olub.

 

Rusiya tərəfi iddia edir ki, Qerşkoviç Rusiya müdafiə xidmətinin fəaliyyəti ilə bağlı dövlət sirri sayılan məlumatları toplayıb.

 

Onun mayın 29-dək həbsdə qalması barədə qərar çıxarılıb. Xatırladaq ki, Rusiyada casusluq üçün maksimum 20 il həbs cəzası nəzərdə tutulur. Qerşkoviçin həbsi bütün dünya jurnalistləri tərəfindən kəskin şəkildə pislənib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...