“ABŞ-dakı səs-küyə baxmayaraq...” – Rusiyanın Belarusdakı səfiri

“ABŞ-dakı səs-küyə baxmayaraq...” – Rusiyanın Belarusdakı səfiri

“Rusiya Belarusun NATO sərhədləri yaxınlığında taktiki nüvə silahları yerləşdirəcək”.

 

Sfera.az bildirir ki, bunu Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov deyib. O, qeyd edib ki, sözügedən silahlar təhlükəsizliyin bir hissəsi olaraq ölkənin qərb sərhədinə aparılacaq.

 

“Bu, Avropa və ABŞ-dakı səs-küyə baxmayaraq ediləcək”, deyə Qrızlov Belarus dövlət televiziyasına bildirib. Silahların harada yerləşdiriləcəyini dəqiq söyləməyən səfir anbar tikintisinin iyulun 1-də tamamlanacağını bildirib.

 

Qeyd edək ki, Belarusiya Litva, Latviya və Polşa ilə həmsərhəddir. Digər tərəfdən, NATO ötən ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra sözügedən ölkələrdə yerləşən qoşunlarının sayını təxminən on dəfə artırıb.

 

Xatırladaq ki, taktiki nüvə silahları strateji nüvə silahlarına nisbətən daha az məhsuldarlığa malikdir və döyüş meydanında məhdud zərbələr endirmək üçün nəzərdə tutulub.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...